|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Avropa İttifaqının səfirini və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi. 18/12/2025 ![]() |
Nəcəful-əşrəf - Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun),
Avropa İttifaqının İraqdakı səfiri cənab Klemens Zəmtneri və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi. Görüş zamanı dünyada mövcud olan bir sıra humanitar məsələlər müzakirə olundu. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) vurğuladı ki, Avropa missiyası İraqa münasibətdə rəsmi vəzifələrini xalqların mənafeyinə xidmət edəcək şəkildə yerinə yetirməli, iqtisadi və elmi sahələr daxil olmaqla
bütün istiqamətlərdə irəliləyişə töhfə verməlidir. Eyni zamanda xalqların, xüsusilə də yer üzünün ilk və ən qədim sivilizasiyalarının sahibi olan İraq xalqının kimliyinə hörmət göstərilməsinin vacibliyinə diqqət çəkdi.
Öz növbəsində səfir İraqdakı missiyasının fəaliyyətləri barədə məlumat verdi və səmimi qəbuluna, həmçinin mübarək vaxtından ayırdığına görə hörmətli mərcəi-təqlidə (kölgəsi davamlı olsun)
təşəkkürünü ifadə etdi. |