|
Əbəlfəzl Abbasın (ə.s) müqəddəs hərəminin nümayəndə heyəti Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisini ziyarət edib və mənəvi-dini tövsiyələr alıb. 2/12/2025 ![]() |
Əbəlfəzl Abbasın (ə.s) müqəddəs hərəminin əməkdaşlarından ibarət nümayəndə heyəti Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun)
ofisini ziyarət edib. Onları
ofisdə seyid Muhəmməd Tahir Cəzairi qarşılayaraq ata qayğısı ilə dolu tövsiyələr verib və bütün işlərdə Uca Allaha
yalvarışın, həmçinin niyyətin ixlasla
olmasının vacibliyini vurğulayıb. Seyid Cəzairi görüş zamanı hər bir insanın hər gün və hər gecə özünü hesaba çəkməsinin zəruriliyini qeyd edərək, ziyarətçilərə xidmətin böyük bir şərəf olduğunu, bu şərəfin isə ən yüksək səviyyədə xidmət göstərməyi, məkanın müqəddəsliyinə və şəri məsuliyyətə uyğun davranmağı tələb etdiyini bildirib.
Həmçinin, o, hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) heyətə salam və dualarını çatdırıb. |