|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Neynəvadakı nümayəndəsi Həzrət Zəhranın (ə.s) şəhadəti münasibətilə illik məclislər təşkil edib. 23/11/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun)
ofisinin Neynəva şəhərinin Sincar bölgəsindəki nümayəndəsi Xanım Fatimətuz-Zəhranın (ə.s) şəhadətinin ildönümü münasibətilə, üçüncü rəvayətə əsasən illik əza məclisləri keçirib. Seyid Mahmud Ərəci, Xanım Fatimətuz-Zəhranın (ə.s) şəhadətinin yad edilməsi məqsədilə təşkil olunan bir sıra dini məclislərdə çıxış edərək bu əlamətdar hadisənin əhəmiyyətindən danışıb. O bildirib ki,
bu mərasimlər Əhli-beytin (ə.s) xatirəsinin yaşadılmasına, onların
dəyərlərinin təcəssümünə xidmət edir. Xüsusilə də onların məruz qaldıqları
zülmün, haqlarının tapdanmasının, Peyğəmbər Əkrəmin (s) vəsiyyətlərinin gözardı
edilməsinin və Qədir-Xum beyətinin inkar olunmasının xatırladılması baxımından
mühüm əhəmiyyət daşıyır. Seyid Ərəci vurğulayıb ki, Xanım Zəhranın (ə.s) xatirəsinin anılması onun həyat yolunun və cihadının
tanıdılmasına, dinin əhəmiyyətinin və onun müdafiəsindəki rolunun açıqlanmasına, Peyğəmbərdən (s) sonra Əhli-beytin (ə.s) haqq rəhbərliyinin və xilafətinin təsdiqinə xidmət edir. Bu, eyni
zamanda ümməti dinin prinsiplərinə sarılmağa, zülm və haqsızlığın bütün formalarından uzaq durmağa çağırışdır.
Məclisin sonunda
Seyid Mahmud Ərəci Həzrət Zəhranın (ə.s) şəhadəti münasibətilə İmam Sahibuz-Zamana
(ə.f), mərəci-təqlidlərə və bütün İslam ümmətinə başsağlığı verib. |