|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Vasitdəki nümayəndəsi mübarək Quran dərslərinin keçirilməsini davam etdirir. 23/11/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun)
ofisinin Vasit şəhərinin Nömaniyyə bölgəsindəki nümayəndəsi müxtəlif yaş qrupları üçün mübarək Quran dərslərinin keçirilməsini davam
etdirir. Bu dərslərin məqsədi Quranın düzgün oxunuşunu, tilavət və təcvid qaydalarını
öyrətməkdir. Seyid Haşim Yasari bu dərslərin əhəmiyyətindən danışaraq bildirib: “Qurani-Kərimin öyrənilməsi insanların gündəlik həyatlarında ehtiyac
duyduqları əxlaqi və mənəvi dəyərləri möhkəmləndirir. Həmçinin davranış və gözəl əxlaqla bağlı hərtərəfli göstərişlər təqdim edir. Şübhəsiz ki, bu təlimlər əxlaqi çağırışların artdığı bir dövrdə sağlam və düzgün bir şəxsiyyətin formalaşmasına töhfə verir. Quran təlimləri həm fərd, həm də cəmiyyət üçün fəzilətə və ali əxlaqa doğru yol göstərən bələdçi ola bilər". Seyid Yasiri qeyd edib ki, Qurani-Kərimin öyrənilməsi İslam kimliyinin möhkəmləndirilməsinin ən mühüm vasitələrindən biridir. Bu, insanlara dinlərini daha yaxşı dərk etməyə, tarixlərini, mədəni və dini irslərini tanımağa imkan yaradır. O vurğulayıb ki, dərin anlayış İslam dininə bağlılığı və onunla fəxr etməyi gücləndirir, eyni zamanda xarici mədəni təsirlərə qarşı İslam kimliyinin qorunmasına xidmət edir.
Seyid Haşim Yasiri Qurani-Kərimi Əhli-beytin (ə.s) baxışı əsasında dərk etməyin böyük əhəmiyyətini və uca məqamını da qeyd edərək, onların nəsihət və göstərişlərinə əməl etməyin hər iki dünyada xeyir və səadətə səbəb olduğunu bəyan edib. |