|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Ziqar şəhərindəki ofisinin nümayəndəsi imam Əli Hadinin (ə.s) şəhadətinin ildönümü münasibətilə əlaqədar əza məclisi təşkil etmişdir 29/12/2025 ![]() |
Ziqar - Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin
(kölgəsi davamlı olsun) Ziqar şəhərindəki ofisinin nümayəndəsi Ziqar şəhərinin
Qələ Sükkər qəzasında imam Əli Hadinin (ə.s) şəhadətinin ildönümü münasibətilə
matəm məclisi təşkil etmişdir. Məclis onun pak və ətirli həyat yolunun yad
edilməsi məqsədilə “Qəmər Bəni Haşim” adlı hüseyniyyədə keçirilmişdir. Məclis zamanı çıxış edən Şeyx Hüseyn bildirmişdir ki,
imam Hadi (ə.s) imam Sahibuz-Zamanın (ə.f) zahiri qeybətinin qəbul olunması
üçün aydın yol və sağlam bir metod formalaşdırmışdır. Onun dövründə şiələr şəriət
mətnləri, elmi-tanışlıq yönümlü göstərişlər və nümayəndələr (səfirlər) vasitəsilə
düzgün mənhəcə sadiq qalmağı öyrənmişlər. Şeyx Hüseyn qeyd etmişdir ki, imam Hadi (ə.s) yalnız
zalım bir hakimiyyətin hərbi mühasirəsi altında yaşamamış, eyni zamanda şiə məzhəbinin
mədəni, elmi və təhlükəsizlik məsələlərinin idarə olunması məsuliyyətini
daşıyırdı. Bu isə İslam tarixinin ən həssas və çətin dövrlərindən birinə təsadüf
edirdi.
Çıxışının sonunda Şeyx Hüseyn bu hüznlü münasibətlə imam Sahibuz-Zamana (ə.f), ali dini mərcələrə və bütün İslam ümmətinə başsağlığı verdi. |