Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrədəki ofisinin nümayəndəsi Xanım Zəhranın (s.ə) həyatı və sirəsi barədə mühazirə söyləyib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrədəki ofisinin nümayəndəsi Xanım Zəhranın (s.ə) həyatı və sirəsi barədə mühazirə söyləyib

30/12/2025




Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki ofisinin nümayəndəsi Şeyx Müsənna Rübeyi, Deyr bölgəsində Xanım Fatimətuz-Zəhranın (s.ə) pak sirəsi və həyatı mövzusunda dini mühazirə ilə çıxış etmişdir. Tədbirdə onun sevənləri və davamçıları ilə yanaşı bir sıra dini və ictimai şəxsiyyətlər iştirak etmişdir.

Şeyx Rübeyi çıxışında demişdir: “Allah-taalanın lütfü ilə bu dini mühazirədə Xanım Zəhranın (s.ə) İslamda tutduğu uca məqama, onun risalət daşıyıcısı olan roluna və İslamın əsil dəyərlərinin möhkəmlənməsi yolunda göstərdiyi fədakarlıqlara işıq saldıq".

O, mühazirə zamanı Xanım Zəhranın (s.ə) mübarək şəxsiyyətinin iman, səbir, cihad və haqqın müdafiəsi baxımından kamil bir nümunə olduğunu vurğulamış, onun həyatındakı mühüm məqamları xatırlatmışdır. Həmçinin Muhəmməd peyğəmbərin (s) risalətinin dəstəklənməsində, Həzrət Peyğəmbərin (s) və imam Əlinin (ə.s) yanında dayanmasında oynadığı mühüm rola qısa şəkildə toxunmuşdur.

Şeyx Rübeyi Xanım Zəhranın (s.ə) sirəsindən nümunə götürməyin cəmiyyətin qurulmasında, əxlaqi dəyərlərin gücləndirilməsində, ədalət, iffət və fədakarlıq prinsiplərinin möhkəmləndirilməsində böyük əhəmiyyət daşıdığını qeyd etmiş, onun həm kişilər, həm də qadınlar üçün kamil bir məktəb olduğunu vurğulamışdır.