|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi Əbəlfəzl Abbasın (ə.s) müqəddəs hərəminin əməkdaşlarından ibarət heyəti qəbul edib 5/1/2026 ![]() |
Əbəlfəzl Abbasın (ə.s) müqəddəs hərəminin əməkdaşlarından
ibarət bir heyət Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı
olsun) ofisini ziyarət edib. Qonaqları Seyid Muhəmməd Tahir Cəzairi
qarşılayaraq, ziyarətçi heyətə xoş gəldin deyib və onların müqəddəs ziyarətgahlar
və zəvvarlara göstərdikləri mübarək xidmətləri yüksək qiymətləndirib. Görüş zamanı Seyid Muhəmməd Tahir Cəzairi çıxış edərək Əbəlfəzl
Abbasın (ə.s) müqəddəs hərəminin əməkdaşlarının zəvvarlara göstərdiyi dəyərli
xidmətləri təqdir edib. O vurğulayıb ki, zəvvarlara xidmət risalət xarakterli
bir yol və ali insani dəyərdir; bu xidmət işdə ixlası və fədakarlığı əks
etdirir, eyni zamanda fədakarlıq və əta üzərində qurulan dini xidmət anlayışını
gücləndirir. Seyid, həmçinin Sahibuz-zaman imam Məhdinin (ə.f) böyük
qeyb dövründə mömin insanın məsuliyyətinə toxunaraq bildirib ki, fərəcin
intizarı yalnız dua Ilə məhdudlaşmır; bu intizar əxlaqi öhdəlik, saleh əməl, cəmiyyətə
xidmət və Əhli-beytin (ə.s) təlimlərinə sadiqliklə təcəssüm etməlidir. Bu ziyarət dini əlaqələrin möhkəmləndirilməsi və dini
qurumlar arasında əməkdaşlığın gücləndirilməsi çərçivəsində həyata keçirilib. Məqsəd
Hüseyni xidmət yolunun dəstəklənməsi və cəmiyyətdə iman dəyərlərinin möhkəmləndirilməsidir.
|