|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Bağdaddakı nümayəndəsi Xanım Zeynəb (ə.s) haqqında mühazirə ilə çıxış etdi 9/1/2026 ![]() |
Bağdad - Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin
(kölgəsi davamlı olsun) Bağdad şəhərindəki ofisinin nümayəndəsi, Cəmilə məhəlləsinin
Ənsar Hüseyniyyəsində Xanım Zeynəb (ə.s) haqqında dini mühazirə ilə çıxış
etmişdir. Mühazirə zamanı doktor Əhməd Yasiri vurğulamışdır ki, Xanım
Zeynəb (ə.s) vəhy və risalət ocağında tərbiyə almış, onun həyatı Muhəmmədi əxlaqın
və əsil İslam dəyərlərinin praktik davamı olmuşdur. O qeyd etmişdir ki, Xanım
Zeynəb (ə.s) tərbiyə, etiqad və məsuliyyət daşıyan risalətli insanın
yetişdirilməsi sahəsində kamil bir məktəbdir və Kərbəla faciəsi onun göstərdiyi
misilsiz və yaradıcı mövqelərin açıq şahididir. Doktor Yasiri əlavə etmişdir ki, Xanım Zeynəbin (ə.s)
mövqeləri və tarixi çıxışları Kərbəla hadisəsini təhrifdən qorumuş, həqiqəti
ümmətin yaddaşında diri saxlamışdır. Bu yol onun Kufədəki məşhur xütbəsində və
Yezidin (l) məclisindəki çıxışında açıq şəkildə təcəssüm etmişdir. Həmin xütbələr
inqilabi və maarifləndirici nitqin ən ali nümunələrindən sayılır; o, Qurani
üslubla zülmü ifşa etmiş və güc balansını dəyişmişdir. Sonda Yasiri Xanım Zeynəbin (ə.s) həyat yolunun öyrənilməsinin
və ondan dərslər çıxarılmasının zəruriliyini vurğulamışdır. O bildirmişdir ki,
Xanım Zeynəb (ə.s) sevdiklərini itirməsinə, övladların şəhadətinə və zülmkar
hücumlarla üz-üzə qalmasına baxmayaraq bu pak həyat iman və Allaha olan yəqin
üzərində qurulan şüurlu səbrin ən ali mərtəbəsini təcəssüm etdirmişdir.
|