|
Mübarək Şəban ayının 15-i münasibətilə…Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) bir qrup dini elm tələbəsini mübarək əmmamə ilə təltif etmişdir 4/2/2026 ![]() |
Şəban ayının 15-ci gecəsinin – bəşəriyyətin xilaskarı imam
Məhdinin (ə.f) mövludu münasibətilə – sevinc və fərəh içində Nəcəful-Əşrəfdə,
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi
ofisində İraq və Pakistanlı bir qrup dini elm tələbəsinin əmmamə bağlama mərasimi
keçirilib. Mərasim zamanı Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi
(kölgəsi davamlı olsun) tələbələrə mühüm tövsiyələr verib. O vurğulayıb ki, elm
tələb etmək hövzə tələbəsinin birinci və əsas qayəsi olmalıdır və bu yol yalnız
Uca Allaha yaxınlaşmaq niyyəti ilə, dünyəvi maraqlardan uzaq şəkildə seçilməlidir.
Həmçinin qəlbin kin-küdurət və mənfi xüsusiyyətlərdən təmizlənməsinin zəruriliyini
qeyd edib. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) həmçinin
davamlı mütaliə, müzakirə və təkrara önəm verilməsini tövsiyə edərək, böyük
alim və fəqihlərin həyat təcrübələrindən faydalanmağın vacibliyini bildirib. O
qeyd edib ki, onlar ömürlərinin böyük hissəsini elm yolunda sərf edərək
Əmirul-möminin imam Əli ibn Əbu Talibin (ə.s) məzhəbinə xidmət ediblər. Sonda
vurğulayıb ki, elm sadəcə məqam və vəzifə deyil, hər şeydən əvvəl bir risalət və
məsuliyyətdir.
|