|
Bəsrə şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Ramazan ayı münasibətilə keçirilən seminarda Böyük Bədr döyüşünün xatirəsinə və şəhid Seyid Əli Xameneinin (r) anım mərasiminə qatılıb 6/3/2026 ![]() |
Bəsrə şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin
(kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi Ramazan ayı çərçivəsində keçirilən
dialoq formasında seminarda iştirak edib. Bu seminar böyük Bədr döyüşünün
xatırlanması və şəhid Seyid Xameneinin (r) anım mərasiminə həsr olunub. Şeyx Müsənna Rübeyi seminar zamanı belə deyib: “Bu mübarək
gecələrdə böyük Bədr döyüşünün xatırlanması müsəlmanlara səbir, möhkəmlik və
haqq yolunda fədakarlıq dəyərlərini yada salır. Bu isə İslam ümmətinin
qarşılaşdığı çətinliklərdə möminlərin sahib olmalı olduğu xüsusiyyətlərdir”. O əlavə edib ki, bu seminarda iştirak mərcəiyyətin müsəlmanların
birliyinin qorunmasına, təhlükəsizlik və sülhün müdafiəsinə çağıran bəyanatına
dəstəyin ifadəsidir. O, həmçinin Əhli-beytin (ə.s) davamçılarına qarşı edilən hər
hansı hücumu pislədiyini bildirib. O qeyd edib ki, İraq xalqı hər zaman orta yolun və həqiqi
Muhəmmədi İslam yolunun bayraqdarı olub və bu gün də belədir.
Şeyx Rübeyi həmçinin bildirib ki, İran İslam Respublikasına qarşı edilən hücumlar möminlərin yalnız öz prinsiplərinə və İslami dəyərlərinə daha da möhkəm sarılmasına səbəb olacaqdır. |