|
Bağdad şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi Əmirul-möminin imam Əlinin (ə.s) şəhadəti münasibətilə əza məclisi keçirib 12/3/2026 ![]() |
Bağdad – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin
(kölgəsi davamlı olsun) ofisinin nümayəndəs Əmirul-möminin imam Əli ibn Əbu
Talibin (ə.s) şəhadətinin anılması üçün “Ənsar” Hüseyniyyəsində əza məclisi təşkil
edib. Məclisdə bir qrup mömin iştirak edib. Seyid doktor Əhməd Yasiri məclis zamanı belə deyib: “Bu
mübarək gecələrdə Əmirul-möminin imam Əlinin (ə.s) şəhadətini yad etmək, onun həyatında
təcəssüm etdirdiyi ədalət və təqva dəyərlərini yenidən dirildir və insanları
onun məzlumlara yardım etmək, insanlar arasında haqqı bərqərar etmək yoluna
bağlı qalmağa çağırır”. O əlavə edib ki, mübarək Ramazan ayının 21-ci gecəsi möminlər
üçün böyük bir iman fürsətidir. Bu gecədə insanlar dua, ibadət və Əhli-beytin (ə.s)
mərasimlərini dirçəltməklə Allaha yaxınlaşırlar və İmamın (ə.s) həyatından səbir,
möhkəmlik və cəmiyyətə xidmət dərslərini öyrənirlər.
Seyid Yasiri həmçinin bildirib ki, əza məclislərindəki hüzn və kədər hissləri Əmirul-möminin imam Əliyə (ə.s) olan sevgi və sədaqətin dərinliyini göstərir. Bu cür mərasimlər Allah-taalaya yaxınlaşmaq və İmamın (ə.s) həyatından ibrət almaq üçün mühüm bir fürsətdir. |