Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi son hadisələrdə şəhid olanların dəfn mərasimində iştirak etmişdir

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi son hadisələrdə şəhid olanların dəfn mərasimində iştirak etmişdir

25/3/2026




Nəcəful-Əşrəf – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və mərkəzi ofisinin müdüri Şeyx Əli Nəcəfi son hadisələrdə şəhid olanların Nəcəful-Əşrəfdə imam Əlinin (ə.s) müqəddəs hərəmində keçirilən dəfn mərasimində iştirak etmişdir. Mərasimdə möminlər və şəhid ailələri də qatılmış, ölkədə baş verən ağrılı hadisələrin təsiri altında dərin hüzn və kədər hiss olunmuşdur.
Onun iştirakı şəhid ailələri ilə həmrəylik nümayiş etdirmək və bu ağır müsibətdə onların yanında olmaq məqsədi daşımışdır. Şeyx Əli Nəcəfi başsağlığı verərək şəhidlərin vətən və məsumların (ə.s) hərəmlərinin müdafiəsi uğrunda göstərdikləri böyük fədakarlıqları vurğulamış, çətinliklər qarşısında birlik və həmrəyliyin vacibliyini qeyd etmişdir.
O, həmçinin səbirli və möhkəm olmağa çağıraraq Allahdan şəhidlərə rəhmət, yaralılara tezliklə şəfa, İraq və onun xalqına isə hər cür bəladan qorunma diləmişdir.
Mərasim şəhidlər üçün rəhmət və bağışlanma, onların ailələri üçün səbir dilənərək qılınan namaz və edilən dualarla başa çatmışdır.