|
Əmirul-möminin imam Əlinin (ə.s) müqəddəs hərəmilə əməkdaşlıq çərçivəsində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi “Yeddi sünbül” xeyriyyə layihəsində iştirak edib və insanları bu layihə ilə fəal əməkdaşlığa çağırmışdır 24/4/2026 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi
“Yeddi sünbül” xeyriyyə layihəsinin tədbirlərində iştirak etmişdir. Tədbir çərçivəsində
mübarək Qurani-Kərim seminarı keçirilmiş və xeyriyyə tibbi layihəsinin açılışı
baş tutmuşdur. Bu fəaliyyətlər imam Əlinin (ə.s) müqəddəs hərəmilə əməkdaşlıq əsasında
və elmi hövzəsinin bir sıra fəzilət sahibi alimlərinin iştirakı ilə həyata
keçirilmişdir.
Seyid Muhəmməd
Cabiri vurğulayıb ki, bu təşəbbüslər Qurani-Kərim müəllimlərinin elmi və tədris
səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımdır. O bildirib ki, Qurani
seminarlar Qurani-Kərim mədəniyyətinin yayılmasına, gənclərin Allahın kitabına
və Əhli-beytin (ə.s) yoluna bağlılığının gücləndirilməsinə kömək edir. Bundan əlavə,
bu seminarlar Qurani tədris bacarıqlarının inkişafına və dini anlayışların
çatdırılmasında müasir üsulların tətbiqinə şərait yaradır. Öz növbəsində
Şeyx Müsənna Rubeyi açıqlayıb ki, xeyriyyə tibbi layihəsinin açılması Bəsrə
vilayətində daha çox ehtiyac sahibi olan təbəqələr üçün tibbi xidmətlərin təmin
edilməsinə olan təcili ehtiyaca cavab olaraq həyata keçirilmişdir. O qeyd edib
ki, bu layihə Nəcəful-Əşrəfdəki dini mərcəiyyətin dəstəyi və yönləndirməsi ilə
gerçəkləşdirilmişdir. Həmçinin vurğulayıb ki, layihə asanlaşdırılmış tibbi xidmətlərin
göstərilməsi və gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində mühüm
humanitar addımdır.
Seyid Rubeyi insanları “Yeddi sünbül” layihələri ilə qarşılıqlı əməkdaşlığa və onlarda iştirak etməyə çağırmışdır. O, bildirib ki, bu layihələr böyük elmi və humanitar faydalar daşıyır, cəmiyyətə xidmət edir və ictimai həmrəylik dəyərlərinin güclənməsinə töhfə verir. |