Bismilləhir-Rahmənir-Rahim

Bismilləhir-Rahmənir-Rahim

4/6/2026




Bismilləhir-Rahmənir-Rahim

Allah-taalanın günlərinin ən əzəmətli günündə, Uca Allahın vəd etdiyinə iman gətirmiş səbirli qəlblərlə, məzhəbimizin böyüklərindən, İslam alimlərindən birinin, böyük dini mərcə, Ayətullah əl Üzma Şeyx Muhəmməd İshaq Fəyyazın (r) vəfatı münasibətilə dərin hüznlə başsağlığı veririk.

Bu böyük müsibət qarşısında – elə bir itki ki, onunla İslam ağır zərbə almışdır – başsağlığımızı Allahın ən əzəmətli höccəti, imam Höccət ibn Həsənə (ə.f), İslam alimlərinə, elmi hövzələrə, mərhumun möhtərəm ailəsinə və bütün möminlərə çatdırırıq.

Allahın rəhməti onun üzərinə olsun. O, bizim üçün şəfqətli böyük qardaş, müqəddəs hövzənin himayədarı idi; onun qorunması və saxlanılması yolunda fədakarlıq göstərirdi. Elmləri dərindən öyrənmiş, onların incəliklərinə nüfuz etmiş, nəhayət özü də elm qaynağına çevrilmişdi. Alimlərimizin böyüklərinə (Allah onlardan razı olsun) sıx bağlı olmuş, onlar vəfat etdikdən sonra isə bizim təsəlli mənbəyimizə çevrilmişdi.

Bu gün Nəcəful-Əşrəfin şeyxi aramızdan köçdü ki, Kövsər hovuzu başında Əmirul-möminin imam Əliyə (ə.s) olan sədaqətini yenidən təsdiq etsin. Biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq. Uca və Böyük Allahdan başqa heç bir qüvvə və qüdrət sahibi yoxdur.

 

Bəşir Hüseyn Nəcəfi

18 Zilhiccə 1447 h.q.