|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Neynəva şəhərindəki nümayəndəsi imam Baqirin (ə.s) həyatı ilə bağlı dini və mədəni mühazirə keçirmişdir 29/5/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Neynəva şəhərindəki nümayəndəsi Sincardakı İrşad və İnkişaf Mədəniyyət
Mərkəzində imam Muhəmməd Baqirin (ə.s) həyatı və sirəsi haqqında dini və mədəni
mühazirə keçirmişdir. Tədbirdə bir qrup möminə xanım iştirak etmişdir. Bu
proqram dini və mədəni maarifləndirməni gücləndirmək məqsədi daşıyan fikir və mədəniyyət
layihələri çərçivəsində təşkil olunmuşdur. Seyid Mahmud Ərəci mühazirə zamanı demişdir: “İmam Muhəmməd
Baqirin (ə.s) şəhadət ildönümünün yad edilməsi Əhli-beyt (ə.s) məktəbini
xatırlamaq üçün mühüm fürsətdir. Bu məktəb elm, mərifət və insani dəyərlərin əsasını
qoymuşdur. Biz bu mübarək xatirədən dini şüuru artırmaq, həqiqi Muhəmmədi İslam
prinsiplərini möhkəmləndirmək və mövlamız imam Baqirin (ə.s) həyatından ilham
almaq üçün istifadə etməliyik”. O əlavə etmişdir: “İrşad və İnkişaf Mədəniyyət Mərkəzi
fikir və mədəniyyət sahəsində maarifləndirici proqramların keçirilməsinə xüsusi
diqqət yetirir. Xüsusilə möminə bacılarımızın maariflənməsinə önəm verilir.
Çünki onların gələcək nəsillərin tərbiyəsində və Əhli-beytin (ə.s) yolundan
qaynaqlanan dini və əxlaqi dəyərlərə sadiq cəmiyyətin formalaşmasında əsas rolu
vardır”.
Seyid Ərəci mühazirəsində imam Baqirin (ə.s) həyatının müxtəlif tərəflərinə, Əhli-beyt (ə.s) elmlərinin yayılmasındakı roluna və onların mübarək sirəsi ilə bağlılığın gücləndirilməsinin əhəmiyyətinə toxunmuşdur. O vurğulamışdır ki, Əhli-beytin (ə.s) həyatı hidayət və islah yolunda insanlıq üçün parlaq nurdur. |