|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi Aşura qiyamının yaşadılmasına verdikləri böyük töhfəyə görə bir sıra Hüseyni mokib və heyətlərinin rəhbərlərini təltif edib 28/6/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi Deyr qəzasında fəaliyyət göstərən
bir sıra Hüseyni mokib və heyətlərinin rəhbərlərini Aşura qiyamının
yaşadılmasına göstərdikləri böyük dəstək və xidmətə görə təltif edib. Təltif mərasimində çıxış edən Şeyx Müsənna Rübei deyib:
"Hüseyni əza məclisləri ilə birbaşa əlaqə saxlamağa xüsusi önəm veririk.
Çünki bu məclislər Əhli-beytin (ə.s) prinsiplərinin cəmiyyətdə möhkəmlənməsində
mühüm rol oynayır. İmam Hüseynə (ə.s) ixlasla xidmət edən hər bir kəsə ehtiram əlaməti
olaraq bu müqəddəs Qurani-Kərimi hədiyyə edirik. Həqiqətən, Seyidüş-Şühədanın (ə.s)
xidmətində olmaq böyük şərəf və eyni zamanda böyük mənəvi məsuliyyətdir". O bildirib ki, Hüseyni əza məclisləri yalnız Aşura hadisəsini
yad etmək üçün təşkil olunan toplantılar deyil, həm də insanların dini
şüurunun, imanının və əxlaqının formalaşdığı bir məktəbdir. Şeyx bu məclislərin
təşkilatçılarının bütün səylərini yüksək qiymətləndirərək, Uca Allahdan onların
bu mübarək xidməti davam etdirmələrini, Hüseyni məramın və islahatın, haqq
mesajının yayılmasında onlara müvəffəqiyyət nəsib etməsini diləmişdir.
O, həmçinin qeyd edib ki, səfər çərçivəsində imam Hüseynə (ə.s) xidmət sahəsində fəal rol oynayan və Muhərrəm ayı günlərində dini-mənəvi dəyərlərin möhkəmləndirilməsinə töhfə verən bir sıra Hüseyni əza məclislərinə müqəddəs Qurani-Kərimin nüsxələri hədiyyə olunmuşdur. |