|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi Seyid Mustafa Xameneiyə başsağlığı verib və din alimlərinə qarşı törədilən cinayəti pisləmişdir 8/7/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) təmsilçisi və Nəcəful-Əşrəfdəki mərkəzi ofisinin direktoru Şeyx
Əli Nəcəfi Nəcəful-Əşrəf şəhərində keçirilən möhtəşəm dəfn mərasimi çərçivəsində
şəhid olmuş böyük dini mərcə Seyid Əli Hüseyni Xameneinin (r) oğlu Seyid
Mustafa Xamenei ilə görüşüb. Görüş zamanı Şeyx Əli Nəcəfi hörmətli mərcəi-təqlidin (kölgəsi
davamlı olsun) başsağlığını və dərin hüznünü mərhumun ailəsinə çatdırıb. O,
İranın paytaxtı Tehranda baş vermiş xain və cinayətkar hücum nəticəsində şəhid
dini mərcənin (r) və ailə üzvlərindən bir neçəsinin həyatını itirməsindən dərin
kədər hissi keçirdiyini ifadə edib. Şeyx Əli Nəcəfi vurğulayıb ki, bu ağır cinayət din alimlərini,
ruhani şəxsləri və elmi-dini müəssisələri hədəf alan açıq-aşkar təcavüzdür. O
bildirib ki, elm hövzələri şəhid dini mərcənin (r) vəfatı ilə öz görkəmli
simalarından birini, ömrünü müqəddəs İslam dininə xidmətə, Əhli-beytin (ə.s)
elmlərinin yayılmasına və haqq sözünün ucaldılmasına həsr etmiş rəhbərlərindən
birini itirib.
Dəfn mərasimində din alimləri, rəsmi şəxslər və xalq nümayəndələri geniş şəkildə iştirak ediblər. Mərhumun və ailə üzvlərindən bir neçəsinin cənazəsi Nəcəful-Əşrəf və Kərbəla şəhərinin müqəddəs ziyarətgahlarında möhtəşəm matəm yürüşləri ilə müşayiət olunduqdan sonra müqəddəs Məşhəd şəhərinə aparılıb və imam Əli ibn Musər-Rzanın (ə.s) müqəddəs hərəminin yaxınlığında torpağa tapşırılıb. |