|
Zəvvarlara xidmət hazırlıqları çərçivəsində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi imam Hüseynin (ə.s) zəvvarlarına xidmət göstərəcək hüseyniyyənin açılışında iştirak etmişdir 11/7/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi Ərbəin ziyarəti münasibətilə imam
Hüseynin (ə.s) zəvvarlarının qarşılanması üçün aparılan hazırlıqlar çərçivəsində
Mədinə rayonunda yerləşən Həzrət Həvra Zeynəb (ə.s) Hüseyniyyəsinin açılış mərasimində
iştirak edib. Seyid Muhəmməd Cabiri bildirib: "Bu hüseyniyyənin
istifadəyə verilməsi imam Hüseynin (ə.s) zəvvarlarına xidmət yolunda atılmış
mübarək bir addımdır. Bu xidmətə töhfə vermək hər bir insan üçün böyük şərəfdir.
Uca Allahdan bütün xidmətçilərə və könüllülərə müvəffəqiyyət diləyir, bu mübarək
məkanın müqəddəs Kərbəla şəhərinə doğru yola çıxan zəvvarlara ixlasla xidmət, fədakarlıq
və həmrəylik mərkəzinə çevrilməsini arzulayırıq". O vurğulayıb ki, imam Hüseynin (ə.s) zəvvarlarına xidmət
dini və əxlaqi baxımdan böyük məsuliyyətdir. Bu hüseyniyyənin açılması cəmiyyətin
Hüseyni mərasimlərinin yaşadılmasına göstərdiyi diqqətin və yüksək şüurunun
göstəricisidir. Seyid Muhəmməd Cabiri layihənin həyata keçirilməsində əməyi
olan sakinlərə, xeyriyyəçilərə və könüllülərə təşəkkürünü ifadə edib.
O qeyd edib ki, açılış mərasimi yüksək mənəvi ab-hava şəraitində keçib və möminlər arasında əməkdaşlıq, həmrəylik və qarşılıqlı dəstək ruhunu nümayiş etdirib. Bildirilib ki, Ərbəin ziyarəti günlərində zəvvarların müqəddəs Kərbəla şəhərinə rahat şəkildə səfərlərini davam etdirə bilmələri üçün istirahət yerləri, qonaqpərvərlik xidməti və digər zəruri imkanların yaradılması istiqamətində bütün imkanlar səfərbər olunub. |