|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi müqəddəs Kərbəlaya doğru yürüşünü davam etdirir: Ərbəin yolu İraq xalqının səxavət və fədakarlığının ən gözəl təcəssümüdür... 19/7/2026 ![]() |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi və Nəcəfi-Əşrəfdəki
Mərkəzi Ofisinin rəhbəri Şeyx Əli Nəcəfi mübarək Ərbəin yürüşündə iştirakını
davam etdirib. O, Bəsrə şəhərinin müxtəlif bölgələrində, o cümlədən şəhər mərkəzindən
başlayaraq Harisə, Deyr və Nəşvə nahiyələrinə, oradan isə Həvir, Şərş şəhərləri,
Mədinə qəzası və Cəbaişə qədər olan ərazilərdə Hüseyni mərasim dəstələrinin
sahibləri, ziyarətçilər, qəbilə şeyxləri və nüfuzlu şəxslərlə görüşüb. Şeyx
Əli Nəcəfi yürüşdə iştirak edən möminlərə hörmətli mərcəi-təqlidin (kölgəsi
davamlı olsun) salamını və sağ-salamat mənzilə çatmaları, ibadət və itaətlərinin
qəbul olunması ilə bağlı duasını çatdırıb. O bildirib ki, bu əzəmətli mərasim
insanın özünü mənəvi cəhətdən formalaşdırması və Uca Allaha yaxınlığını gücləndirməsi
üçün böyük fürsətdir. Bunun üçün Ərbəin yolundan Qurani-Kərimin ayələri,
Əhli-beytin (ə.s) rəvayətləri və tövsiyələri üzərində düşünmək məqsədilə
istifadə etmək lazımdır.
O, həmçinin qeyd edib ki, İslamın insani dəyərlərinin ən parlaq nümunələri bu gün Ərbəin yolunda özünü göstərir. Ziyarətçilərə xidmət göstərməkdə səxavət, fədakarlıq və bir-biri ilə yarışmaq İraq xalqının xeyirxahlığını, səmimiyyətini və əsil-kökünü əks etdirən parlaq bir mənzərədir. |