Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi müqəddəs Kərbəlaya doğru piyada hərəkət edən Ərbəin ziyarətçilərinə xidmətlərin göstərilməsini izləyib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi müqəddəs Kərbəlaya doğru piyada hərəkət edən Ərbəin ziyarətçilərinə xidmətlərin göstərilməsini izləyib

19/7/2026




Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi müqəddəs Kərbəlaya doğru piyada hərəkət edən Ərbəin ziyarətçilərinə Deyr qəzasında və Mustafa nahiyəsində xidmətlərin göstərilməsini izləyib.

Şeyx Müsənna Rübei xidmətlərini davam etdirən bu Hüseyni məclis və mərasim dəstələrinə səfəri zamanı bildirib ki, imam Hüseynə (ə.s) xidmət etmək böyük şərəfdir. Deyr qəzasında, Şafi və Mustafa nahiyələrindəki məvakibdə gördüklərimizin bu bölgələrin sakinlərində olan iman və ixlas ruhunu əks etdirdiyini qeyd edib. O, həmçinin vurğulayıb ki, bu mübarək səylər hər cür dəstək və yardıma layiqdir. Çünki onlar ziyarətçilərə xidmət sahəsində həmrəyliyin və fədakarlığın əsl nümunəsini ortaya qoyurlar. Allah-taaladan bu xidmətləri həyata keçirənlərin ömrünə bərəkət verməsini və əməllərini onların yaxşı əməllər tərəzisində qərar verməsini diləyib.

O, həmçinin açıqlayıb ki, Hüseyni məvakib yalnız yemək və müxtəlif xidmətlərin təqdim edildiyi məkanlar deyil, həm də fədakarlıq və bəxşiş məktəbləri, imam Hüseynin (ə.s) qiyamının dəyərlərinin canlı təcəssümüdür. Bildirib ki, hər kəs bu mübarək səylərə dəstək verməli və onların yanında olmalıdır. Çünki bu məvakib Hüseyni mərasimlərinin yaşadılmasında və milyonlarla ziyarətçiyə xidmət göstərilməsində böyük rol oynayır. Allah-taaladan bu mübarək yolda əməyi olan hər kəsə davamlı müvəffəqiyyət diləyib.

O, diqqətə çatdırıb ki, bu məvakib Şəhidlər Ağasına (ə.s) xidmət yolunda həmrəylik, fədakarlıq və ixlasın parlaq nümunəsidir. Onlara dəstək olmaq və yanlarında dayanmaq isə mübarək Ərbəin ziyarəti mövsümünün uğurla keçirilməsinə töhfə verən dini və əxlaqi bir vəzifədir.