|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki nümayəndəsi Muhərrəm və xeyir-bərəkət ayı Səfər proqramları çərçivəsində bir sıra dini və sosial tədbirlərə himayədarlıq edib 19/7/2026 ![]() |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki
nümayəndəsi paytaxtın şimalında yerləşən Raşidiyyə bölgəsindəki Rüqəyyə
hüseyniyyəsində, eləcə də imam Sadiqin (ə.s) məscid və mədrəsəsində Muhərrəm və
xeyir-bərəkət ayı Səfər proqramları çərçivəsində bir sıra dini və sosial tədbirlərə
himayədarlıq edib. Şeyx
Kərim Saidi bildirib ki, din xadimləri olaraq bizim təbliğat missiyamız yalnız
namaz qılınması, moizə və nəsihət məclislərinin keçirilməsi ilə məhdudlaşmır.
Bu missiya həm də şüurlu insan yetişdirməyə və əsil Muhəmmədi İslamının dəyərlərinə
bağlılığı dərinləşdirməyə qədər uzanır. O vurğulayıb ki, Əhli-beytin (ə.s)
münasibətlərini və mərasimlərini yaşatmaq haqq, ədalət və islah prinsiplərini
yaşatmaq deməkdir. Buna görə də məscidin daxilində və xaricində təbliğ fəaliyyətinin
davam etdirilməsinə xüsusi diqqət yetiririk ki, minbər hidayət məşəli, səmimi və
doğru söz isə gözəl əxlaqın, birliyin və cəmiyyətə xidmətin möhkəmləndirilməsi
vasitəsi olaraq qalsın. O,
açıqlayıb ki, hazırkı mərhələ din xadimlərindən insanlarla birbaşa ünsiyyət
qurmaq, onların problemlərini dinləmək, cəmiyyətin kimliyini və dəyərlərini
qoruyacaq dini və ideoloji istiqamətləndirmə aparmaq vasitəsilə fəal şəkildə
insanların arasında olmağı tələb edir. O, həmçinin vurğulayıb ki, möminlərə
xidmət etmək və Əhli-beyt (ə.s) mədəniyyətini yaymaq şəraitdən asılı olmayan və
daim davam etdiriləcək sabit bir yoldur. İxlasla görülən iş imanın möhkəmləndirilməsinin,
sosial həmrəyliyin gücləndirilməsinin və dinə məsuliyyət və ləyaqətlə xidmət
göstərilməsinin əsas yoludur.
O, hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) nümayəndəliyi tərəfindən himayə olunan bu dini proqramların əhəmiyyətini vurğulayaraq qeyd edib ki, həmin tədbirlər hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) Ofisinin göstərişləri çərçivəsində həyata keçirilir və Allah-taalanın və Əhli-beytin (ə.s) razılığına aparan doğru yoldur. |