|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İslam ölkələrindən gələn nümayəndə heyətlərinə: Fəzilətli əxlaqa bağlılıq böhranları və qurulan planları aşmağın yoludur 9/8/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi
davamlı olsun) vurğulayıb ki, müasir dövrün böhran və problemləri ilə mübarizə
aparmaq, həmçinin İslam ümmətini hədəfə alan plan və layihələrə qalib gəlmək
üçün fəzilətli əxlaqa və İslam dininin gətirdiyi əsil Muhəmmədi dəyərlərə möhkəm
sarılmaq lazımdır. Bu fikirlər hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı
olsun) İran, Pakistan və Hindistan respublikalarından İraqa İslam Peyğəmbərinin
(s) vəfatının ildönümünü yad etmək üçün gəlmiş çoxsaylı zəvvarlardan ibarət
nümayəndə heyətlərini qəbul etməsi zamanı səsləndirilib. Görüş zamanı hörmətli mərcəi-təqlid (kölgəsi davamlı
olsun) qonaqlara bir sıra ata qayğısı ilə tövsiyə və göstərişlər verərək bildirib
ki, bu gün İslam cəmiyyətlərinin qarşılaşdıqları çətinlikləri və həqiqi Muhəmmədi
İslama qarşı qurulan sui-qəsd və planları dəf etmək üçün şüur və hikmətə
ehtiyacı vardır. Ən düzgün həll yolu isə gündəlik həyatın bütün sahələrində əxlaqi
prinsiplərə səmimi şəkildə qayıtmaq və onları tətbiq etməkdir.
Həmçinin mərcəi-təqlid (kölgəsi davamlı olsun) Əhli-beytin (ə.s) müqəddəs məqbərələrini ziyarət etməyin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, bu ziyarətlər dəyər və əxlaqın yüksəldilməsi üçün həqiqi başlanğıc, zəvvarların əldə etdiyi mənəvi feyzlərdən və iman nurundan bəhrələnmək üçün böyük fürsətdir. Bu isə fərdin və cəmiyyətin vəziyyətinin islahına, müxtəlif mənfi xüsusiyyət və davranışların aradan qaldırılmasına mühüm töhfə verir. |