|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi İran İslam Respublikasında gələn Ərbəin zəvvarlarını qəbul etməyi davam etdirir 26/7/2026 ![]() |
Nəcəful-Əşrəf – Mərkəzi ofis: Ayətullah əl Üzma Şeyx Bəşir
Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi İran İslam Respublikasının müxtəlif
bölgələrindən imam Hüseynin (ə.s) Ərbəin ziyarət mərasimlərini yaşatmaq məqsədilə
gələn zəvvar heyətlərini qəbul etməyə davam edir. Görüşlər zamanı zəvvarlara hörmətli mərcəi-təqlidin (kölgəsi
davamlı olsun) təqdim etdiyi dini yönləndirmə və tərbiyəvi tövsiyələrdən
faydalanmaq imkanı yaradılır. Ofis nümayəndələri tərəfindən zəvvarlara onların üçün əhəmiyyət
daşıyan bir sıra tövsiyə və göstərişlər təqdim edilmiş, hörmətli mərcəi-təqlidin
(kölgəsi davamlı olsun) xüsusi olaraq vurğuladığı ən mühüm dini göstərişlər və
tövsiyələr diqqətə çatdırılmışdır. Bunların başında bu mübarək fürsətdən
Allah-taala ilə mənəvi bağlılığı gücləndirmək və iman şüurunu yüksəltmək üçün səmərəli
şəkildə istifadə etmək gəlir. Bu isə zəvvara ziyarətini şüurlu və ixlasla yerinə
yetirməyə, onun bərəkətlərindən bəhrələnməyə və Şəhidlər ağası imam Hüseynin (ə.s)
şəfaətinə ümid bəsləməyə kömək edir. Öz növbəsində, Şeyx Muhəmməd Rza Turfi hörmətli mərcəi-təqlidin
(kölgəsi davamlı olsun) tövsiyələrində xüsusi vurğulanan bir sıra məfhumları
izah etmişdir. Bunların başında özünü hesaba çəkmək və nəfsə nəzarət etmək
anlayışları dayanır. O bildirmişdir ki, bunlar hər bir mömin və zəvvarın riayət
etməli olduğu əsas prinsiplərdəndir. Şeyx Turfi zəvvarları imam Hüseynin (ə.s) ziyarətini
tövbə və islah istiqamətində səmimi bir başlanğıc nöqtəsinə çevirməyə
çağırmışdır. Həmçinin tövsiyə etmişdir ki, zəvvar ziyarətdən sonra öz cəmiyyətinə
fayda verən, xeyirxah və bəxş edən bir insan kimi qayıtsın; İmam Hüseyn (ə.s) və
pak imamlarla (ə.s) bağladığı əhdə sədaqət və islah mesajını özü ilə aparsın. Bu ziyarətdə iştirak edən heyətlər müxtəlif olmuşdur.
Onlar İran İslam Respublikasının müxtəlif bölgələrindən gəlmiş və müxtəlif yaş
və sosial təbəqələrdən olan insanları əhatə etmişdir. Məqsəd hörmətli mərcəi-təqlidin
(kölgəsi davamlı olsun) tövsiyələrindən faydalanmaq və müqəddəs torpaqları
ziyarət etməyin əhəmiyyətini, eləcə də bu ziyarətin zəvvarın həyatında
yaratdığı iman və tərbiyəvi təsirləri daha dərindən dərk etmiş halda İraqdan öz
ölkələrinə qayıtmaqdır.
Görüşün sonunda hörmətli zəvvarlar göstərilən xoş qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkür və minnətdarlıqlarını bildirmiş, onlara təqdim olunan dini və tərbiyəvi tövsiyələri yüksək qiymətləndirmişlər. Onlar həmçinin imam Hüseynin (ə.s) Ərbəin ziyarəti yürüşü zamanı iman şüurunun gücləndirilməsi və Nəcəful-Əşrəf mərceiyyətinin tövsiyələrindən faydalanılması baxımından bu cür görüşlərin əhəmiyyətini vurğulamışlar. |