|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi Babil şəhərində “Şəbab Fatimətüz-Zəhra (ə.s)” mövkibinin xidmətçiləri ilə görüşüb və onların zəvvarlara xidmət sahəsindəki səylərini yüksək qiymətləndirmişdir 3/8/2026 ![]() |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi Şeyx Əli
Nəcəfi Babil şəhərinə səfər edib. Səfər çərçivəsində “Şəbab Fatimətüz-Zəhra (ə.s)”
mövkibinin bir qrup xidmətçisi ilə görüşərək onların Ərbəin ziyarəti mövsümündə
imam Hüseynin (ə.s) zəvvarlarına xidmət istiqamətində göstərdikləri dəyərli səyləri
yüksək qiymətləndirib. O,
vurğulayıb ki, zəvvarlara xidmət fədakarlıq və səxavətin parlaq nümunələrindən
biridir və Əhli-beytin (ə.s) təsis etdiyi ali dəyərləri əks etdirir. Həmçinin
mövkib sahiblərinin və Hüseyn xidmətçilərinin zəvvarlara ən yüksək səviyyədə
xidmət göstərmək məqsədilə fasiləsiz şəkildə gördükləri işləri təqdir edib. Şeyx
Əli Nəcəfi bu mübarək yolu davam etdirməyə, əməkdaşlıq və qarşılıqlı həmrəylik
ruhunu daha da gücləndirməyə çağırıb. Bunun milyonlarla insanın iştirak etdiyi
ziyarət mərasimlərinin uğurla keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Həmçinin o, Babil şəhərində mövkibin nümayəndəsinin səhhətini yoxlayıb, onun sağlamlığı ilə maraqlanaraq vəziyyətindən xəbərdar olub. Şeyx Əli Nəcəfi imam Hüseynin (ə.s) xidmətçilərinin yanında olmağın, onlara dəstək və qayğı göstərməyin vacibliyini vurğulayıb. O, bunu zəvvarlara xidmət və Əhli-beyt (ə.s) mərasimlərinin yaşadılması yolunda göstərdikləri səmimi səylərin təqdiri olaraq qeyd edib. |