|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Ayətullah əl Üzma Seyid Musa Şübeyri Zəncaninin (r) vəfatı münasibətilə başsağlığı məktubu 21/9/2026 ![]() |
Bismilləhir-Rahmənir-Rahim Həmd
olsun Allaha ki, xoşagəlməz hadisələr qarşısında Ondan başqasına həmd edilmir.
Uca və Əzəmətli Allahdan başqa heç bir güc və qüdrət sahibi yoxdur. Böyük
alim, Ayətullah əl Üzma Seyid Musa Şübeyri Zəncaninin (r) vəfat xəbərini böyük
kədər və hüznlə qarşıladım. O, ömrünü elmi fəaliyyətə, dinə və məzhəbə xidmətə,
alim və fəzilət sahiblərinin yetişdirilməsinə, eləcə də elmi hövzənin və möminlərin
elm və maariflə təmin olunmasına həsr etmişdir. Ömrünün
illərini öz ulu babası Muhəmməd Mustafanın (s) şəriətinə və Əhli-beyt (ə.s) məktəbinə
xidmət yolunda sərf etmiş belə böyük bir alimin vəfatı elmi hövzə və bütün
möminlər üçün ağrılı itkidir. Onun vəfatı fəzilətini tanıyanların, tələbələrinin
və sevənlərinin qəlbində böyük bir boşluq və dərin iz buraxır. Bu
kədərli münasibətlə ilk növbədə ağamız, Allahın yer üzündəki ən böyük vəlisi,
Əsrin və Zamanın Sahibinə (ə.f), eləcə də elmi hövzələrə, böyük alimlərə və bütün
möminlərə, xüsusilə də onun möhtərəm ailəsinə, tələbələrinə və sevənlərinə ən səmimi
başsağlığımı və dərin hüznlə təsəllimi bildirirəm. Uca
və Pak Allahdan diləyirik ki, səadətə qovuşmuş mərhum alimi Öz geniş mərhəməti
və razılığına qərq etsin, onu Muhəmməd (s) və onun pak Əhli-beyti (ə.s) ilə
birlikdə məhşur etsin və onun nənəsi, pak və Siddiqə xanım Fatimətuz-Zəhranın
(s.ə) şəfaətinə nail etsin. Pak babalarının yanında qərar tutmaq üçün bu
dünyadan köçməsi onun üçün necə də səadətli aqibətdir! «Həqiqətən,
biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq». Uca
və Əzəmətli Allahdan başqa heç bir güc və qüdrət sahibi yoxdur. Bəşir
Hüseyn Nəcəfi
9 Rəbiül-axir 1448-ci il |