|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İran İslam Respublikasının rəhbərliyini təmsil edən nümayəndə heyətini qəbul edib 26/8/2026 ![]() |
İslam
İnqilabı Rəhbərinin Nümayəndə heyəti Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfiyə
(kölgəsi davamlı olsun) və Nəcəful-Əşrəfdəki dini mərcəi-təqlidlərə İran
xalqına göstərdikləri dəstəyə görə xüsusi və ümumi təşəkkür və minnətdarlıq
mesajını çatdırıb. Nəcəful-Əşrəf
– Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəf
şəhərindəki mərkəzi ofisində İran İslam Respublikasının rəhbər şəxslərindən
ibarət nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə İran İslam
Respublikası rəhbərinin nümayəndəsi, Ekspertlər Məclisinin sədr müavini, məclisin
üzvləri və onları müşayiət edən şəxslər başçılıq ediblər. Nümayəndə
heyəti İran İslam İnqilabı Rəhbərinin hörmətli mərcəi-təqlidə (kölgəsi davamlı
olsun) ünvanladığı məktubu çatdırıb. Məktubda hörmətli mərcəi-təqlidə (kölgəsi
davamlı olsun) və Nəcəful-Əşrəfdəki dini mərcəiyyətə İran xalqına göstərdikləri
dəstəyə, xüsusilə də İran İslam Respublikasının üzləşdiyi müxtəlif şərait və
hadisələr zamanı nümayiş etdirdikləri mövqelərə görə təşəkkür və minnətdarlıq
ifadə olunub. Həmçinin
nümayəndə heyəti hörmətli mərcəi-təqlidin
(kölgəsi davamlı olsun) mövqeyinə, eləcə də İraqda şəhid Ayətullah Üzma Seyid
Əli Hüseyni Xameneinin (r) dəfn mərasimi ilə bağlı göstərdiyi münasibətə yüksək
ehtiram və minnətdarlığını bildirib. Eyni zamanda, İraq xalqının müxtəlif məzhəb,
millət və hörmətli qəbilələrinin dəfn mərasimi zamanı nümayiş etdirdikləri həmrəylik
və vəfa hissləri yüksək qiymətləndirilib. Öz
növbəsində, hörmətli mərcəi-təqlidin
(kölgəsi davamlı olsun) ümmətin mərhum rəhbəri Seyidin (r) şəhadəti münasibətilə
Allahın yer üzündəki höccəti, imam Məhdiyə (ə.f), görüşdə iştirak edənlərə və
özünə bir daha başsağlığı verib. Hörmətli
mərcəi-təqlid (kölgəsi davamlı olsun), həmçinin dəfn mərasimi zamanı İraq qəbilələrinin
və İraq xalqının göstərdiyi nəcib, insani və dini mövqeyə görə dərin minnətdarlığını
və yüksək təqdirini ifadə edib.
Görüşün sonunda hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun), Uca və Qadir Allaha dua edərək möminləri hər cür bəladan və pislikdən qorumasını, mövlamız Həzrət imam Məhdinin (ə.f) zühurunu tezləşdirməsini diləyib. |