Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Diyala şəhərində imam Həsən Əskərinin (ə.s) həyatı və bioqrafiyası haqqında dini mühazirə təqdim edib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Diyala şəhərində imam Həsən Əskərinin (ə.s) həyatı və bioqrafiyası haqqında dini mühazirə təqdim edib

22/8/2026




Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Diyala şəhərindəki nümayəndəsi Kərbəla Hüseyniyyəsində imam Həsən Əskərinin (ə.s) həyatı və bioqrafiyası haqqında dini məruzə təqdim edib.

Şeyx Harun Muhəmmədi mühazirə zamanı bildirib ki, imam Həsən Əskərinin (ə.s) şəhadətinin ildönümünün yad edilməsi həyatını Uca Allah yolunda fəda etmiş böyük bir imamın həyat yolunu xatırlamaq deməkdir. Onun həyatı səbir, möhkəmlik, haqqdan möhkəm yapışmaq və dini müdafiə etmək məktəbi olmuşdur.

O əlavə edib ki, nümayəndəliyin himayəsi ilə təşkil olunan müqəddəs Samirraya kollektiv ziyarət Əhli-beyt imamlarına (ə.s) sədaqətin ifadəsi, eləcə də Zəmanənin Sahibinə – İmam Məhdiyə (ə.f) olan əhd və beyətin yenilənməsidir. O, Uca Allahdan möminlərə Əhli-beytin (ə.s) vilayətində sabitqədəm olmağı və onların mübarək yolu ilə getməyi nəsib etməsini diləyib.

Şeyx Muhəmmədi məclis zamanı imam Həsən Əskərinin (ə.s) həyatından bəzi məqamları da qeyd edib və həmin həyat yolunun səbir, möhkəmlik və Uca Allahın qəza-qədərinə təslim olmaq baxımından mühüm dərs və ibrətlər daşıdığını vurğulayıb.