|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Vasit şəhərindəki nümayəndəsi fiqh, əxlaq və əqidə mövzularında seminar və dini məruzələrin keçirilməsini davam etdirir 24/8/2026 ![]() |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlınolsun) Vasit şəhərindəki
nümayəndəsi Kut şəhərində namazların qılındığı zaman fiqh, əxlaq və əqidə
mövzularında dini seminar və məruzələrin keçirilməsi istiqamətində fəaliyyətini
davam etdirib. Şeyx
Muhəmməd Bədrinin sözlərinə görə, fiqh mühazirələri sadəcə şəri məlumatların təqdim
olunmasından ibarət deyil. Əksinə, bunlar möminlərin dini şüur səviyyəsini yüksəltməyə,
ibadət və müamilələrində ehtiyac duyduqları şəri hökmlərlə onları tanış etməyə yönəlmiş
dini məsuliyyəti ifadə edir. O vurğulayıb ki, dini hökmləri öyrənmək insanın öz
vəzifələrini düzgün şəkildə yerinə yetirməsinə və xətaya düşməkdən çəkinməsinə
kömək edir. O
əlavə edib ki, məscid və hüseyniyyələrdə dini mühazirələrin davamlı şəkildə
keçirilməsi İslam mədəniyyətinin möhkəmləndirilməsi və möminlərin şəri elmlə əlaqələrinin
gücləndirilməsi baxımından mühüm addımdır. O, həmçinin məruzələrin məzmununun
genişləndirilərək mükəlləfin gündəlik həyatında ehtiyac duyduğu müxtəlif məsələləri
əhatə etməsinin vacibliyini qeyd edib. Bunun daha şüurlu və dini dəyərlərə və
hökmlərə daha bağlı bir cəmiyyətin formalaşmasına töhfə verəcəyini bildirib.
O qeyd edib ki, dini məruzələrin keçirilməsi cəmiyyət üzvləri arasında şəri şüurun yayılması və dini mədəniyyətin gücləndirilməsi üçün mühüm vasitədir. Həmçinin bu proqramların davam etdirilməsinin zəruriliyini vurğulayıb. Çünki bu proqramlar dini hökmlərini bilən və onları gündəlik həyatında tətbiq edə bilən şüurlu bir nəslin yetişdirilməsinə təsir göstərir. |