|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Livan hövzəsindən olan alimlər heyətini qəbul edib və onun bir sıra tələbələrinə əmmamə verib 31/8/2026 ![]() |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Livan hövzəsindən
olan alimlər heyətini qəbul edib. Heyətə onun Livan və Suriyadakı vəkili, möhtərəm
Şeyx Əli Bəhsun rəhbərlik edib. Görüş Peyğəmbərin (s) və onun nəvəsi imam
Sadiqin (ə.s) mübarək mövludları münasibətilə keçirilib. Görüş
zamanı hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) bu əlamətdar və mübarək
münasibətlə qonaq heyəti və dini elmlər tələbələrini təbrik edib. Daha sonra
bir sıra dini elmlər tələbəsinə mübarək əmmamə bağlayıb və onların elmi fəaliyyətlərində
müvəffəqiyyət və düzgün istiqamət əldə etmələrini, dinə xidmət və məzhəbi
müdafiə etmək məsuliyyətini layiqincə daşıyan şəxslər olmalarını Allahdan diləyib. Hörmətli
mərcəi-təqlid (kölgəsi davamlı olsun) görüş zamanı tələbələrə bir sıra dəyərli
nəsihət və tövsiyələr verib. O, elmi təhsildə ciddi səy göstərməyin və çalışqan
olmağın əhəmiyyətini, bununla yanaşı nəfsin tərbiyə edilməsi, onu təqva və səbirə
alışdırmağın zəruriliyini vurğulayıb. O qeyd edib ki, elm əxlaq, təqva və saleh
əməllə birləşmədikcə öz bəhrəsini tam şəkildə vermir.
Həmçinin hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) keçmiş böyük din alimlərinin ötən onilliklər ərzində gənc dini elm tələbələrinə verdikləri bir sıra vəsiyyət və tövsiyələri xatırladıb. O, həmin alimlərin yolunu davam etdirməyin, onların elmi və əxlaqi həyat tərzinə bağlı qalmağın, elm öyrənmək, dinə və cəmiyyətə xidmət etmək sahəsində onların mövqelərindən ibrət götürməyin zəruriliyini vurğulayıb. |