Kərbəla: Şeyx Əli Nəcəfi Şaban ayının 15-i münasibətilə möminləri təbrik edib.

Kərbəla: Şeyx Əli Nəcəfi Şaban ayının 15-i münasibətilə möminləri təbrik edib.

28/3/2021




Şeyx Əli Nəcəfi: Biz ğeybət dövründə yaşayırıq. Ən fəzilətli və üstün əməl zuhurun intizarında olmaq və bizi zəmanəmizin imamına yaxınlaşdıran vəzifələri yerinə yetirməkdir. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi Kərbəla şəhərində Şəban ayının 15-i İmam Mehdi (ə.f )-in mövludu münasibətilə keçirilən mövlud tədbirinə qatılmışdır. Şeyx Əli Nəcəfi möminlərin qarşısında çıxış edərək, bu gün Kərbəlada olmağın Allah yanında məqamından və ziyarətin savab və əcrindən söhbət açmışdır. Əhli-Beyt (ə.s )–dan bu gecə də İmam Hüseyn (ə.s )-ı ziyarət etməyin savab və mükafatından bəhs edən hədisləri söyləmişdir. Şeyx Əli Nəcəfi: Biz ğeybət dövründə yaşayırıq. Ən fəzilətli və üstün əməl zuhurun intizarında olmaq və bizi zəmanəmizin imamına yaxınlaşdıran vəzifələri yerinə yetirməkdir. Bu işləri yerinə yetirmək onun qəlbinə sevinc gətirməkdir. Şeyx Əli Nəcəfi həqiqi zuhurun intizarında olan şəxsin xoş əxlaqlı, dilini pis sözlərdən qoruyan, Allahın əmrlərinə muntəzim olan və günahlardan çəkinən şəxs olduğunu qeyd etdi.