Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi, Nəcəful Əşrəf İslam mədəniyyət paytaxtı konfransında iştirak edib.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi, Nəcəful Əşrəf İslam mədəniyyət paytaxtı konfransında iştirak edib.

5/3/2011




Şeyx Əli Nəcəfi çıxışı zamanı, Nəcəfin əhəmiyyəti və dünyada mədəniyyət və müqəddəsliyini qeyd etdi. Burada İmam Əli (ə.s )-ın qəbrinin və Peyğəmbərlər və Allah dostlarının qəbrlərinin olduğunu qeyd etdi. Nəcəful Əşrəfin İslam mədəniyyəti paytaxtı seçilməsi münasibətilə keçirilən bu konfrans ilk konfransdır. Burada din alimləri və akademiklər iştirak edir. Dünyanın bir çox ölkələrindən gəlmiş o, cümlədən Çin, Hollandiya, Amerika, Ərəb ölkələrindən gəlmiş şəxsiyyətlərdə bu konfransda iştirak edir. Konfrans üç gün davam edəcək. Şeyx Əli Nəcəfi Nəcəful Əşrəfin 2012-ci ildə islam mədəniyyəti paytaxtı seçilməsinin bu şəhərin həqiqi qiymətinin özünə qaytarılması olduğunu bildirdi. Bu şəhər müsəlmanlar üçün bir  qaladır.