Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin müdürü Birləşmiş Millətlər təşkilatının üzvlərini qəbul edib. 10/6/2014 |
İraq, bəşəriyyətin
düşmənləri ilə qarşı-qarşıya qaldığı üçün dəstəklənməlidir. Birləşmiş Millətlər,
terroru dəstəkləyən ölkələrə təzyiq göstərmək
rolunu oynamalı və İraqdakı terroru dəstəkləyənləri məsuliyyətə cəlb etməlidir. Ayətullah əl üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin müdürü
Şeyx Əli Nəcəfi Birləşmiş millətlər təşkilatını təmsil edən nümayəndə
heyətini qəbul edib. Şeyx Əli Nəcəfi dünya ictimaiyyətini terrorla mübarizə
üçün bir olmağa səslədi. Terrorçular əmin amanlıq və insanlıq tanımadıqlarını
bildirdi. Şeyx Əli Nəcəfi mərcəiyyətin
İraq da hər bir diktatorluğu rədd etdiyini bildirdi. Qanunlara və İraq ictimaiyyətinə
hörmət etməyin əhəmiyyətini bildirdi. Dünya ictimaiyyəti İraq xalqının iradəsinə
və ortaya qoymaq istədikləri demokratiyaya hörmət etməlidirlər. Buna görə də
dünya ictimaiyyəti İraqın bu gün üzləşdiyi terrorla mübarizədə İraqı dəstəkləməlidir. Şeyx
Əli Nəcəfi Birləşmiş Millətlər təşkilatına göndərdiyi məktubdan da söz
açdı. Bildirdi ki, bölgədə ki ölkələrin bir
birinin süverenliyinə hörmət bəsləməsi və daxili işlərinə qarışmamasını istədi. Dövlətlər
birliyi birlik olub xalqlara qarşı bir mövqe tutmasını və Birləşmiş Millət təşkilatı
bu işdə öz rolunu ortaya qoyaraq terroru dəstəkləyən dövlətlərə qarşı onlardan hesabat tələb etməli,
onları məsuliyyətə cəlb etməlidir. Nümayəndə heyət
öz növbəsində görüş üçün vaxt ayırdıqlarına görə öz təşəkkürlərini bildirdi.
|