Şeyx Əli Nəcəfi: Əgər Mərcəi təqlid Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) axır mövqeyi kimlərinsə xoşuna gəlmirsə, Şeyxin şəxsi və ofisi yerindədir.

Şeyx Əli Nəcəfi: Əgər Mərcəi təqlid Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) axır mövqeyi kimlərinsə xoşuna gəlmirsə, Şeyxin şəxsi və ofisi yerindədir.

19/5/2014




Şeyx Əli Nəcəfi axır günlərdə Nəcəf də pakistanlı tələbələrə qarşı olunan zorakılıq barədə media nümayəndələri ilə görüş zamanı bildirdi ki, Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) seçkilər barədə olan mövqeyi bəzi  siyasətçilərin xoşuna gəlməyib. Onlar bu addımı atıblar. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) şəxsi və ofisi öz yerindədir. Kimin etirazı varsa hövzə tələbələrinə qarşı kobudluq onları həbs etmək kimi addımlar atmamışdan öncə Şeyxin ofisinə gəlsin. İraq hökümətinin Nəcəf şəhərində hövzə tələbələrinə qarşı təəssüf edici rəftarı bəəs partiyasının cinayətlərini xatırladır. Polis gücləri və təhlükəsizlik qüvvələri Nəcəfdə təhsil alan Pakistanlı tələbələri oturum izni olmadıqlarına görə həbs və deport elətdirmişdir. Biz onlara deyirik, bu vaxta qədər harada idiniz? Bu gün oturum iznlərinin yoxlanılması yadınıza düşdü? Bu təəsüf edici hadisənin baş verməsindən sonra hövzə elmiyyə, 1 günlük dərslərini tətil etmişdir. Hövzə elmiyyə və dini müəssisələr və İraqın xaricində olan müəssisələr bu hadisəyə öz etiraz bəyanatlarını vermişdir.