Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) təmsilçisi müqəddəs Kərbəla şəhərində Seyid əl-Həkiminin (Allah ruhunu şad etsin ) cənazəsinə qatıldı.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) təmsilçisi müqəddəs Kərbəla şəhərində Seyid əl-Həkiminin (Allah ruhunu şad etsin ) cənazəsinə qatıldı.

3/9/2021




Şeyx Nəcəfi: Seyid əl-Həkiminin vəfatı Nəcəful Əşrəf elmi mərkəzinə, İslam ümmətinə və Əhli beyt (ə ) məzhəbi üçün böyük bir itkidir. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) təmsilçisi və mərkəzi ofisinin müdürü hörmətli Şeyx Əli Nəcəfi möminlərdən ibarət böyük bir dəstə ilə müqəddəs Kərbəla şəhərində Ayətullah əl üzma Seyid Muhəmməd Səid əl-Həkiminin (Allah ruhunu şad etsin ) cənazəsinə qatıldı. Cənab Şeyx Əli Nəcəfi mətbuata verdiyi açıqlamada, Mərcəi din Seyid əl-Həkiminin vəfatı Nəcəful Əşrəf elmi mərkəzinə, İslam ümmətinə və Əhli beyt (ə )-ın məzhəbinə böyük bir itki olduğunu bildirdi. O, fəqih, alim, tərbiyəçi və ata idi, ömrünün çox hissəsini din və məzhəbin xidmət və müdafiəsində həsr etmişdir. Cənab Şeyx Əli Nəcəfi bildirdi ki, Nəcəful Əşrəf, elmi mərkəz və bütün Əhli beyt (ə )-ın dostları Ayətullah əl üzma Seyid Muhəmməd Səid əl-Həkimini (Allah ruhunu şad etsin ) itirdikləri üçün kədər və hüznlüdürlər.