Ayətullah əl üzma Seyyid Muhəmməd Səid əl-Həkiminin vəfatından sonra, Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi mərhum Seyyidin xatirəsini ehtiramla yad edir və ofisinə başsağlığı verir.

Ayətullah əl üzma Seyyid Muhəmməd Səid əl-Həkiminin vəfatından sonra, Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi mərhum Seyyidin xatirəsini ehtiramla yad edir və ofisinə başsağlığı verir.

3/9/2021




  Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Ayətullah əl üzma Seyyid Muhəmməd Səid əl-Həkiminin (Allah ruhunu şad etsin ) vəfat xəbərini eşitdikdən sonra onun pak ruhuna fatihə surəsini oxumaq və başsağlığı diləklərini çatdırmaq üçün ofisinə getdi. Həmçinin Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi Seyyidin hüzünlü ölüm xəbərini ifadə edən başsağlığı  bəyanatı da yayımladı. Allah təaladan mərhum Seyyidi pak babaları Muhəmməd və Ali Muhəmməd (Allahın salavatı onların üzərinə olsun ) ilə məhşur olmasını dilədi. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi  mərhum Seyyidin yarım əsrdən çox İslam dininə xidmət etdiyini və böyük alimlər və şəxsiyyətlər yetişdirdiyini bildirdi. Başsağlığın mətni: Bağışlayan və mehriban Allahın adı ilə. (إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ ) (Biz Allahdanıq, və Ona tərəf  qayıdacağıq )  İslam ümməti və xüsusi ilə Əhli-beyt (əleyhissəlam ) ardıcılları  Ayətullah Seyyid Məhəmməd Səid əl-Həkimin bu fani dünyadan  rəbbinə və babası Rəsulullah (s )-ın və anası xanım Zəhra (ə )-ın və atası İmam Əli (ə )-ın yanına köç etməsi xəbəri ilə çox məyus oldular. Həqiqətən Seyyid Muhəmməd Səid əl-Həkimi (Allah ruhunu şad etsin ) yarım əsrdən çoxdur ki, babasının dininə xidmət etdi və babası İmam Əli (əleyhissəlam )-ın hövzəsində  çoxlu alim yetişdirməyə müvəffəq oldu.  Bu böyük itki ilə əlaqədar olaraq, Allahın vəlisi İmam Mehdi (ə.f )-ə və seyyidin şərəfli ailəsinə, alimlərə və bütün möminlərə başsağlığı veririk.  Salam olsun doğulduğu günə, öldüyü günə və diriləcəyi günə.  Allah ona bol mərhəmət bəxş etsin. Həqiqətən Allah eşidən və  cavab verəndir. Güc və qüvvət sahibi yalnız Allahdır. Bəşir Hüseyn Nəcəfi  25 Məhərrəm 1443 hicri ili