Mərcəi təqlid Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ), mərhum mərcəi təqlid Seyid Muhəmməd Səid əl-Həkimi (Allah ruhunu şad etsin ) üçün təşkil olunmuş fatihə məclisinə qatıldı. 4/9/2021 |
Hörmətli mərcəi təqlid Ayətullah əl üzma Şeyx Bəşir
Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Səhlə məscidində mərhum mərcəi təqlid Ayətullah
əl üzma Seyid Muhəmməd Səid əl-Həkiminin ruhuna təşkil olunmuş və çoxlu ustad
və elmi mərkəzin tələbələri və Əhli-Beyt (ə.s )-ın dostlarının iştirak etdiyi
fatihə məclisinə qatıldı. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi
davamlı olsun ) Qurani Kərimdən ayələr oxuyaraq mərhum mərcəi təqlid Seyid Muhəmməd
Səid əl-Həkiminin ruhuna savabını hədiyyə
etdi. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi
davamlı olsun ) Seyid Muhəmməd Səid əl-Həkiminin (Allah ruhunu şad etsin )
yaxınlarına və ailəsinə öz təziyə diləklərini çatdıraraq Allah təalaya dua edərək
mərhumun ruhuna öz rəhmətini şamil etməsini
və peyğəmbər Muhəmməd Mustafa (s.ə.v.s ) və onun pak Əhli-Beyti (ə.s )-la öz geniş
bağlarında (Cənnətdə ) məskunlaşmasını dilədi.
|