Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) səlahiyyətli nümayəndəsi Bəsrə şəhərinin Şafi məntəqəsində möminlərlə Ərbəin yürüşünə qatıldı. 10/9/2021 |
Hörmətli
Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) səlahiyyətli nümayəndəsi bildirdiki,
Ərbəin ziyarətinin ünvanı islah, xeyir, əməkdaşlıq və bir çox ünvanlara şamil
olur. Şeyx Əli Nəcəfi: Müqəddəs Ərbəin ziyarəti
Əhli-Beyt (ə.s )-a olan mənsubiyyətdən başqa digər milli və coğrafi mənsubiyyətləri
aradan aparır. Hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) mərkəzi
ofisinin müdürü və səlahiyyətli nümayəndəsi Şeyx Əli Nəcəfi Ərbəin ziyarətini
diriltmək üçün Hüseyni yürüşdə iştirak edən möminlərlə danışarkən qeyd etdiki,
Ərbəin ziyarəti bütün zamanlarda danışan söz və möhkəm bir bayraq olaraq
qalacaq və bu müqəddəs şəair bütün dünyada olan möminlərin qəlbini bürüyəcək və bütün aləmdə öz növündə yeganə olaraq kəramət,
şücaət və əməkdaşlıq mədrəsəsi olaraq qalacaq. Bunları Bəsrə şəhərinin Şafi məntəqəsində möminlərlə ərbəin yürüşündə iştirak edərkən söylədiyi mühazirə əsnasında qeyd
etdi, və hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun )-də salam, dua və ata
nəsihət və göstərişlərini möminlərə çatdırdı. Hörmətli Şeyx Əli Nəcəfi əlavə edərək bildirdi ki,
insaflı mediaya bu ziyarəti müasir dünyada ən böyük sivil yürüş olaraq
müqabilsiz dünyanın hər bir cəmiyyətdən milyonlarla insanların iştirak etdiyi
yürüşdə xidmətləri bütün dünyaya yaymaları vacibdir. Bu mübarək ziyarət Əhli-Beyt (ə.s ) məzhəbinin müqabilində bütün coğrafi və milli mənsubiyyəti aradan
aparıb.
|