Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin etimadlı şəxsi Diyalə şəhərində mərhum mərcəi təqlid Seyid əl-Həkiminin (Allah ruhunu şad etsin ) ruhuna hüseyni və fatihə məclisi təşkil etdi.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin etimadlı şəxsi Diyalə şəhərində mərhum mərcəi təqlid Seyid əl-Həkiminin (Allah ruhunu şad etsin ) ruhuna hüseyni və fatihə məclisi təşkil etdi.

11/9/2021




Hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) etimadlı şəxsi Diyalə şəhərinin Qazaniyyə və Məndili məntəqəsində mərcəi təqlid Ayətullah əl üzma Seyid Muhəmməd Səid əl-Həkiminin (Allah ruhunu şad etsin ) ruhuna hüseyni əza və fatihə məclisi təşkil etdi. Şeyx Amir əl-Cənabi əza məclisində iştirakı zamanı hüseyni məclislərin əhəmiyyətini və islama bəxş etdiyi güc və qüvvədən bəhs etdi. Əsrlər boyu bu şəairi qoruyub mühafizə etməkdə hörmətli, fəzilətli şəxslərin, ustad və elmi mərkəzin tələbələri və önlərində mərcəi təqlidin olduğunu qeyd etdi. Əl-Cənabi xütbəsi əsnasında bəyan etdiki, bütün əsrlər və məkanlarda ictimaiyyətdə islam mədəniyyətini və kimliyini qorumaq üçün islami hüseyni fikirləri yaymaqda etimadlı şəxslər bütün güc və dəstəyini əsirgəmədilər. Əl-Cənabi: Hörmətli Ayətullah əl-üzma Seyid Muhəmməd Səid əl-Həkiminin vəfatı ilə əlaqədar bu böyük itki münasibətilə öz təziyə diləklərini İmam Mehdi (ə.f )-ə və hörmətli mərcəi təqlid müctəhidlərə və möminlərin hamısına çatdırdı. Müctəhidlərimiz şərafətli həyatlarında böyük əzəmətli əziyyətlərə baxmayaraq əsl islam dinini və Peyğəmbərin Əhli-Beytinin (ə.s )-ın dində olan rolunu qoruduğlarını bəyan etdi.