Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) iştirakı və himayəsi ilə Nəcəf Əşrəf şəhərində Xanım Fatimeyi-Zəhranın (s.ə ) şəhadətinin ildönümü münasibətilə Fatimiyyə yürüşünün başlanması müşahidə olunacaq.

17/12/2021

Fatimiyyə yürüşü, böyük dini təqlid mərcəsi Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) ofisindən başlanaraq müqəddəs əs-Səhnul-Heydəriyə doğru irəlinəcək. Bu, Xanım Fatimeyi-Zəhranın (s ə ) şəhadətinin ildönümü münasibətilə Tövhid əhlinin Mövlası İmam Əliyə (ə.s ) başsağlığı vermək üçündür. Həzrət, böyük dini mərcəi təqlid, Ayətullah Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) elm, fəzilət və düşüncə sahiblərinin izdihamında orta bir şəxs kimi iştirak edəcəkdir. Yürüşdə müxtəlif vilayətlərdən olan İraq qəbilələri, Hüseyni heyətlərin xidmətçiləri və möminlər də iştirak edəcək, bir neçə ölkədən dindarlardan ibarət nümayəndə heyətləri də yürüşdə iştirak edəcəklər. Yürüş Cənab Şeyxin (kölgəsi davamlı olsun ) mübarək ofisindən başlayıb, Rəsul (s.ə.v.s ) küçəsindən (Şariur-Rəsul ) keçilərək, Əmirəl-mömininin (ə.s ) hərəminə daxil olunacaqdır.