Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin Ayətullah Seyid Muhəmməd Əli əl-Ələvi Qurqaninin vəfatı münasibətilə baş sağlığı bəyanatı. 14/3/2022 |
Tarix:12 Şaban 1443 hicri -15 3 2022 miladi.
Bismillahir
rəhmanir rəhim.
Varlıq aləminin həqiqi mülkiyyəti və hakimiyyəti
(qüdrət ) əlində olan Allah müqəddəsdir, ucadır və çox xeyir-bərəkətlidir (çünki
kainatın yaradılışı, qorunması və idarə olunması Onun iradəsinə bağlıdır ) və O
hər şeyə qadirdir. Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı
(siz insanlar üçün ) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır.
Allahın salam və
salavatı ilahi elçilərin seyidi Muhəmməd
ibn Abdullaha və onun Əhli beytinə olsun. Allahın lənəti qiyamət gününə qədər
onlarla düşmən olanların üzərinə olsun.
Və daha sonra, Həqiqətən
biz Allahdanıq və ona tərəf qayıdacağıq.
Biz və pak nəfs
sahibi olanlar Ayətullah əl üzma Seyid Muhəmməd Əli Ələvi Qurqaninin vəfat xəbəri
ilə məyus olduq. O, ömrünü öz cəddinin
dininə xidmət də, möminlərin və Qum elmiyyə hövzəsində xidmət etməklə
keçirtdi. Allahdan istəyirik onu anası Xanım Zəhra (ə.s )-a və babası peyğəmbər (s.ə.v.s )-ə
və məsum imamlara qonşu olsun.
Allahın vəlisi İmam
Mehdi (ə.f )-ə və möminlərə və ailəsinə və tələbələrinə baş sağlığı veririk. Allahdan onlara dözüm və səbr arzu
edirik.
Güc və qüvvət sahibi
yalnız Allahdır.
|