Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Pakistanlı İmam Hüseyn (ə.s ) xətibi Seyid Şahənşah Nəqəvi və Ziyarətçilərdən ibarət bir qurupu qəbul etdi.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Pakistanlı İmam Hüseyn (ə.s ) xətibi Seyid Şahənşah Nəqəvi və Ziyarətçilərdən ibarət bir qurupu qəbul etdi.

10/2/2022




Hörmətli Mərcəi təqlid: Təqvada birinci addım inasanın özünü hər bir böyük və kiçik işlərdə gündəlik hesaba çəkməsidir. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Pakistan ölkəsindən gəlmiş İmam Hüseyn (ə.s ) xətibi hörmətli Əllamə Seyid Şahənşah Nəqəvi və İraqda olan müqəddəs ziyarətgahları ziyarət etmək və dini şəairi əyaqda saxlamaq üçün ziyarətə gəlmiş bir qurup ziyarətçiləri qəbul etdi və onlara bir neçə ata öyüd və nəsihəti verdi. Hörmətli Mərcəi təqlid Nəcəfi (kölgəsi davamlı olsun ) öz nəsihəti əsnasında təkid etdi ki, möminlər gərək müqəddəs yerləri ziyarət etdikdə və Əhli-Beyt (ə.s ) imamlarının qarşısında durduqları zaman öz həyat tərzində və əxlaqları da müsbət olaraq fəzilət və gözəlləşdirmək üçün istifadə etsinlər, Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun ) dəyişmək ziyarətin qəbul olmaq əlamətlərindən olmasına işarə etdi. Hörmətli Şeyx əlavə etdiki həqiqətən əməllərin qəbul olması təqvanın ətrafında dövrə vurur necəki Allahu təala Qurani kərimdə buyurur (Allah ancaq müttəqilərdən qəbul edər ) Hörmətli bəyan etdiki təqvada birinci addım inasanın özünü hər bir böyük və kiçik işlərdə və gün ərzində danışdığı və etdiyi işləri gündəlik hesaba çəkməsi və yatmamışdan öncə xətalarını islah etməsidir. Seyid Nəqəvi Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfiyə (kölgəsi davamlı olsun ) öz dəyərli vaxtından Ziyarətçilərə ayırdığı və ata nəsihət və tövsiyələrinə görə  minnətdarlığını bildirdi.