Ayətullah əl üzma Böyük Mərcəi təqlid Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) ofisinin İmam Müntəzər (ə.f )-in mövludu münasibəti ilə bəyanatı. 16/3/2022 |
Nemətlərinə
görə Allaha həmd və ilhamına görə Ona şükürlər olsun, Allahın salam və salavatı
peyğəmbərlərin şərafətlisi, aləmlərə rəhmət olaraq göndərilmiş Muhəmməd ibn
Əbdullaha və Onun bütün yaranmışların ağası olan Əhli-Beytinə olsun, Onların
düşmənlərinə qiyamət gününə qədər Allahın lənəti olsun.
Allahu
təala buyurub: (Allahın köməyi və o (böyük ) zəfər (Məkkənin fəthi və digər zəfərlər )
gəldiyi zaman,
İnsanların
dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman
Rəbbinə
həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız
bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul
edəndir ).
Sadaqallahu
əl-Əliyyu əl-Əzim.
Baxmayaraq
ki, mübarək ayənin müjdə verdiyi fəthdən məqsədi təyin etməkdə təfsirçilər və
alimlərin fikir ayrılığı var, fikirlər müxtəlif cəhətlər və mənalara yönəliblər,
ola bilər düzgünü Allahın vəlisi İmam Mehdi (ə.f )-in _Canımız Onun ayağının
tozuna fəda olsun_ zuhurun həyata keçməsinə işarə edir, bu zaman tarix boyu baş
verməyən hadisə həyata keçəcək o, bütün insanların Allahu təalanın itaətinə
düzgün formada boyun əymələri və İmamımız Müntəzər (ə.f )-in riayəti, çalışması
və ənsarlarının cihadı ilə olacaq.
Biz
bu günlərdə İmam Müntəzər (ə.f )-in viladəti ilə əlaqədar olan anları yaşayırıq
hamımızın gözləri və qəlbləri vədələnmiş bu neməti ələ gətirə biləcəyimiz bu
günlərin şərafət, dərinlik və ucalığına zillənib o Allahın əzəmətli Vəlisinin (ə.f ) zuhurudur hər bir bəsit işlərə şamil olacaq və qərarlaşacaq.
Mühümmüsü
bizim bu neməti başa düşməyimiz, anlamağımız dərk etməyimiz və özümüzü bu neməti
qarşılamağa hazırlamaqdır.
Təəssüf
edici işlərdəndə, bizlərdən çoxları Allahın əzəmətli Vəlisinin (ə.f ) zühurunun əzəmət
və dərinliyini dərk edirik lakin bizlər bu neməti qarşılamaq üçün münasib
olmağımız üçün özümüzü hazırlamaqda lazım olacağı işlərdən ğəflətdə oluruq.
Nəfsi
hazırlamaq və düzəltmək yalnız Allahu təalanın itaət qalibində həyata keçir, nəfsin
hərəkət və sakinliyi Allahu təalanın itaət çərçivəsində dövrə vurur, və buda
yalnız nəfsin bütün hərakat və sükunlarını mühasibə və izləməklə baş verir, çox
təəssüf edicidir ki, bizim çoxlarımız bu vəzifədən uzağıq, məqsədim: nəfsi izləmək
və mühasibə etməkdir, ola bilər Allah və Onun Vəlisinin itaəti ünvanında
etdiyimiz və düşündüyümüz _Əgər bir nəfər Məsumların və alimlərin
buyurduqlarında fikirləşsə_ həqiqətən bizim itaətimiz_ baxmayaraq ki, ad və
zahiri baxışda itaətdir_, lakin həqiqətdə və batində itaətin həqiqətindən
uzaqdır.
Biz
bütün əməllərimiz, hərəkətlərimiz və sükütlarımızda düşünəndə təəssüf edirik
çünki onların hamısını və ya çoxlarını dünya və ya axirət məqsədlərimizi həyata
keçirtmək üçün sərf edirik, həqiqətən biz Allaha dua edərək və ya hacətlərimizdən
birini diləyəndə duadan öncə və sonra
peyğəmbər (s.ə.v.s )-ə salavat göndərməklə başlayırıq, və bu salavatda məqsədimiz
dualarımızın qəbuludur onu dualarımızın hədəfi və vəsiləsi qərar veririk, və bu
nəfsin bəlalarından bir bəlasıdır peyğəmbər (s.ə.v.s )-ə göndərdiyimiz salavatı nəzərimizdə
nə qədər mühüm olmasına baxmayaraq istər dünyavi və ya axirət məqsədi üçün olan
məqsədimizin həyata keçməsində qurban və vəsilə qərar veririk, peyğəmbər və
onun ailəsinə salavat göndərmək Allahu təalanın Qurani Kərimdən əmr etdiyi işlərdən
deyil o, başqa ibadətlər kimi ibadət deyil?
Bizdən
ibadət kimi baş verməsində yalnız Allahu təlaya görə qürbətən iləllah olması
vacibdir, çəkinilməsi lazım olan bunun kimi bizim ibadətlərimizin çox hissəsi
qeyri müəyyən uzaqlıqdadır.
Sonra
nəfslərimizin bütün hərəkət və süknlarını hesaba çəkdiyimiz zaman qeyri sağlam
olmasını və lazımı səviyyədə olmamasını tapırıq, və buna görədə Peyğəmbər (s.ə.v.s )-dən
nəfsin mühasibəsinə əmr gəlib Peyğəmbər (s.ə.v.s ) buyurub: (Dünyanız sizi axirətindən
məşğul etməsin istəylərinizlə Allahınızın itaətinə təsir etməyin, imanızı
günahlarınız üçün qurban qərar verməyin, sorğu suala çəkilməmişdən öncə özünüzü
hesaba çəkin ).
İmam
Kazim (ə.s )-dan hədisdə nəql olunur: (Özünü hər gün hesaba çəkməyən şəxs bizdən
deyil ).
Məlumdur
ki, nəfsi davamlı sürətdə hesaba çəkmək bizi etdiyimiz və ya tərk etdiyimiz işlərdə
diqqətli və ya anlayışlı qərar verir, və bizə Allahın təqvasından nə qədər uzaq
düşdüyümüzü bəyan edir. Amma Allahu təala mübarək kitabında buyurur: (Yalnız
Allah təqvalılardan qəbul edir ).
Həyatın
sonunda gözlənilmədən qarşılaşmaqdan öncə və vaxt keçmədən diqqət etməyimiz
vacibdir və özümüzü Allahu təalanın qarşısında durmağa hazırlayaq. Və bu müsibəti
xülasə edərək insan özünü Məsumların (ə.s ) birinin müqabilində qərar verir özünün
hərəkətlərini və sükütlarını Məsumların (ə.s ) hərəkət və işləri ilə yaxınlaşdırır
və insana onun hərək və sükütu Onunla (ə.s ) oxşar olmayanda xəcaləti artırır.
Məsumların
(ə.s ) hərəkət və sükütları Allahın başqa saleh bəndələrindən Əbu Zərr, Meysəm,
Malik Əştər və Miqdad və başqaları fərq edir..
Qeyd
olunub ki, Küfədə Yeniyetmələrdən biri Malik Əştərə tərbiyəsizlik etdi və onu
tanımırdı və bəzi saleh şəxslər ona dedi bunun kim olduğunu tanıyırsan!?, Dedi:
Yox, Dedi: Bu Əmirəl-möminin (ə.s ) Küfədə ki qoşun başçısıdır, həmən xəsarət
etmiş yeniyetmə Malik Əştərdən üzr istəmək üçün arxasınca qaçdı, Allahdan
qorxduğu üçün yox Onun (Allah ondan razı olsun ) hücuma keçməsindən, Çünki O,
İmam Əli (ə.s )-ın qoşnunun komandirlərindən biri idi, Onu Küfənin məscidlərindən
birində tapdı, ondan üzr istədi, və Malik ona dedi: Mən məscidə yalnız iki rükət
namaz qılıb Allahu təaladan sənə bağışlamaq diləmək üçün daxil oldum.
Necə
olur olsun, biz iddia edirki, həqiqətən biz İmam Müntəzər (ə.f )-in tabeçilərindən,
şiələrindən və Onun (ə.f ) lütfündə yaşayırıq Çünki O, (ə.f ) bizə dua və Allahu
təalanın yanında şəfaətçidir bizim Allaha itaət etmədiyimiz üçün, Allahın qəzəbinə
layiq olduğumuzu bizdən uzaq etsin.
Bizə
Ona kömək etmək üçün nəfsimizi hazırlamaq lazımdır, oda yalnız öz nəfsimizi və əzalarımızı
Allahu təalanın itaət çərçivəsinə salmaqla olar, bunu bilməyimiz yaxşıdırki, həqiqətən
bizim əməllərimiz Ona (ə.f ) təqdim edilir və O bizim pis işlərimizdən xəbərdar
olanda əziyyət çəkir və ağlayır, və necə özümüzü Onun ənsarlarından və qoşnunda
olmağımızı umaq və layiqli görək?
İmam
(ə.f )-in mövludu bizi sevinməyə çağırır, lakin bu sevinc Onun zühur etməsi
bizim dünya arzularımızı həyata keçirməsi üçün olmasın, çünki İmam (ə.f )-in
zühurunu, cihadını və Peyğəmbər (s.ə.v.s )-in şəriətinin tətbiqini dünyamız üçün məqsəd
və vasitə qərar veririk, və biz qeyd etdik ki, həqiqətən məqsəd vəsilədən daha
şərafətlidir.
İlahi
bizim nəfslərimizi islah et, və bizləri Sənin saleh bəndələrindən qərar ver, və
itaətində müvəffəq et Sənin və Sənin vəlin İmam Müntəzər (ə.f )-in istədiyi
kimi olaq, Vəssalam..
|