Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İranın həcc və ümrə təşkilatının sədrini və onunla gəlmiş nümayəndə heyətini qəbul etdi.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İranın həcc və ümrə təşkilatının sədrini və onunla gəlmiş nümayəndə heyətini qəbul etdi.

20/3/2022




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İranın həcc və ümrə təşkilatının rəhbəri və İranda islam inqilabının mürşidnin həcc işləri üzrə nümayəndəsi Seyid Hüccətül islam Əbdulfəttah Nəvvab ilə birlikdə gəlmiş təşkilatda yüksək səviyyəli məsul şəxslərlərdən ibarət heyəti qəbul etdi. Hörmətli Şeyx İraq və İran İslam cümhuriyyətlərində olan müqəddəs ziyarətgahlarına gəlmiş zəvvarlara xidmət göstərməyin özünə məxsus yerini və uca məqamının olmasını bəyan etdi. Buna hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun ) işarə edərək qeyd etdi ki, müqəddəs Kərbəla və Nəcəf Əşrəfin islamda özünə məxsus dini mövqeyi, böyüklüyü və əzəmətliyi vardır, və buradan hörmətli Şeyx (kölgəsi davamlı olsun ) müqəddəslərin özünə məxsus mövqeyindən və əhəmiyyətindən söhbət açdı. Heyət öz növbəsində əvvəlcədən hörmətli Mərcəi təqlidə (kölgəsi davamlı olsun ) öz mübarək vaxtından ayırdığı üçün və verdiyi məsləhətlərə görə təşəkkür və minnətdarlıqlarını bildirdikdən sonra hər iki ölkə arasında yüksək səviyyəli əlaqələrin olmasının əhəmiyyətini qeyd etdilər.