Mübarək Ramazan ayının gəlişi ilə əlaqədar.. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mübəlliğlər və və ruhanilər üçün bəyanat verdi. 21/3/2022 ![]() |
Cavanlara diqqət
göstərmək və onları məclisə dəvət etməklə məsləhət vermək və onlardan məclislərdə
istifadə edərək haqq prinsiplər, dəyərlər və imanın sabitləşdirmək lazımdır. Şəhid ailələrini
maddi və mənəvi olaraq yoxlamaq vacibdir, və insanları bu dini, ictimai, əxlaqi
və vətəndaş vacibi işə şövq etdirmək lazımdır. Şəhidlərin
yetimlərinə diqqət, və onların məqamların yüksəltmək və mükafatlandırmaq
vacibdir. Sizlərə, iftar
etməyi izhar etməklə şərafətli ayın hörmətini sındırmamaq üçün ümumi insanların
halını yoxlamaq lazımdır. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun )
nümayəndəsi və mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi, Nəcəf Əşrəfdə təşkil
olunmuş İraqda ilahiyyatçı kişi və qadınlar və imam cümə və imam camaatlar üçün
illik mərkəzi konfransda ofisin bəyanatını oxudu. Bəyanatda təkid olunubki, həqiqətən bütün il Ramazan ayı Allahu təaladan
bəndələri üçün bir bəxşişdir, onu Allahu təala bizləri İlahi rəhmətə şamil olmaq
üçün seçib, bu ayı xeyirlə, saleh işlərlə və insanları xeyir və haqqa hidayət
etməklə dərk edin. Bəyanatda əlavə olaraq mübəlliğ və ilahiyyatçılara ictimai məclisləri
yoxlamaq qeyd olunub, məqsədim şeyxlərin məclislərini və onların məhəbbət və əlaqələrinin
yaratmaq üçün qonaqlığlar təşkil etmək və ictimai şəxsiyyətlər və əşirə böyüklərin
elmi mərkəzlə əlaqələrini yaratmaq lazımdır, təkidlə şərafətli ayın hörmətini
sındırmamaq üçün ümumi insanların halını yoxlamaq lazımdır, hər hansı bir şəxsin
üzrü olsa ona iftar etmək olar, ona bunu izhar etməmək vacibdir Çünki o islam
dininə ihanət etməkdir. Bəyanatda təkid olunubki, Cavanlara diqqət göstərmək və onları məclisə dəvət
etməklə məsləhət vermək və onlardan məclislərdə istifadə edərək haqq prinsiplər,
dəyərlər və imanın sabitləşdirmək lazımdır, və onlar sizin böyüklüyünüzü və
diqqətinizi hiss etməlidir. Bəyanatda xətib və ilahiyyatçılardan maddi və mənəvi olaraq şəhid ailələrini
yoxlamaq və insanları bu vətəndaşlıq, əxlaqi, ictimai və dini vacib əmələ şövq
etdirmək və necəki şəhidlərin yetimlərinə ihitimam göstərmək və məqamlarını
böyük tutmaq və mükafatlandırmaq tələb olunub. Və buradanda bəyanat başlayır: Böyük Mərcəi din Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun ) ofisinin xətib və ilahiyyatçılara mübarək Ramazan ayı gəlişi ilə
əlaqədar bəyanatı. Ədəd: 267 tarix: 19 şaban müəzzəm 1443 h, miladi 2022 3 22. Həmd yalnız aləmlərin rəbbi, bütün məxluqatların yaradıcısı və mömin bəndələrinə
şəfqət olaraq hənif dinin yaradıcısı olan Allaha məxsusdur. Salavat və salam aləmlər
üçün rəhmət olaraq göndərilmişlərin ən xeyirlisi və bütün yaranmışlara aləmlərin
rəbbinin şəriətinin daşıyıcısı Muhəmməd ibn Əbdullaha və Onun qiyamət gününə qədər
şəriəti qoruyub saxlayan ailəsinə olsun, Onlara kin-küdrət bəsləyənlərin
hamısına qiyamət gününə qədər lənət olsun. Allahu təala buyurub: ( Aranızda (başqalarını ) xeyirə dəvət edən, əmr
be məruf və nəhy əz münkər edən bir dəstə olmalıdır. Onlar nicat tapmışlardır.” (Sadaqallahu əl-Əliyyu əl-Əzim.
Ey Allah təalanın əzəmətli Vəlisnin (canımız Onun ayağının tozuna fəda
olsun ) qeybət zamanında Allah təalanın dininin müdafiə, şəriətinə riayət, Onun
dinini himayə edən və hökmlərini təbliğ edən dəstə möminlərin xeyir və nicatı
olan şeyi çatdırın, artıq Allah sizi öz dininə əmin şəxs olaraq və hökmlərin
daşıyıcısı və möminlərə xidmət etmək üçün ayırıb sizin fikirləriniz, diliniz və
göstərdiyiniz cəhdlər əsasında aləmlərin rəbbinin şəriətinin feyzindən bəhrələnmək
üçün onları düz yolla aparasız. Artıq bizə Allahın gecələri ən şərafətli gündüzləri gündüzlərin
xeyirlisi olan ayların fəzilətlisi qərar verdiyi mübarək Ramazan ayı gəlib
çatdı, o ayda aləmlərin rəbbi şəfqət olaraq əməl meydanında təqsirimizlə və
dünya həyatının gözəl ləzzətlərində tərbiyə etməkdə israr edən nəfsləri islah
edə bilməkdə hərkətsizliyimizlə yaratdığımız pərdəni qaldırır, Allah bu ayın
orucunu, təqvanın yolunu bizə hazırlamaq üçün vacib edib, bu da yalnız nəfsi
Allah təalanın əmrlərinə tabe etdikdən sonra ələ gəlir, o yalnız istimrarlı, dəqiq
izləməklə və daimi mühasibə etməklə və başvermiş təqsirlərə görə ciddi cəzalanmaqla
tamamlanır, Allah təala onu bizə əmr edib, Məsumlardan (ə.s ) buyurub: (Hər gün
özünü hesaba çəkməyən şəxs bizdən deyil ). Xətiblik meydanının igidləri və haqq minbərlərin qəhrəmanları!, Allah təalanın
sizə verdiyi şərəfə siz layiqsiz, o öyüd, nəsihət və əmr be məruf və nəhy ən
munkərdir onlara Quran və hədisdə əmrlər təkrarlanıb, Məsumlar (ə.s ) o iki şeyə təkid
və şiddətlə əmr ediblər, Əbi Əbdullah Sadiq (ə.s )-dan nəql olunub: (Vay o
insanların halına ki, yaxşılığı əmr edib, nəhy əz münkər etməklə Allahı mühakimə
etmirlər ), İmam Baqir (ə.s )-dan nəql olunub: (Pis insanların ən pisi, əmr be məruf
və nəhy əz münkərdən boyun qaçıran insanlardır ), İmam Rza (ə.s ) babası Allahın
Peyğəmbərindən (s.ə.v.s ) nəql edir, O (s.ə.v.s ), buyurardı: (Əgər ümmətim əmr be məruf və nəhy
ən munkərə təvəkkül etsələr Allah təaladan bir işə icazə veriləcək ). Məxluqu razı salmaq üçün Xaliqi qəzəbləndirməyin haramlığında hədislər nəss
olaraq gəlmişdir, o, da əmr be mərufu tərk edib nəhy ən munkəri etməklə baş
verir, İmam Sadiq (ə.s )-dan Allah təalanın bu ayəsi haqda nəql olunub: (Onlar özlərinə
verilən öyüd-nəsihəti unutduqları zaman biz də pis işlərdən çəkindirənləri
xilas etdik və zülm edənləri işlədikləri günahlara görə şiddətli bir əzabla
yaxaladıq ), onlar üç dəstə idilər, bir dəstə əmr olunub və əmr edib nicat tapdılar,
bir dəstə əmr olunub amma əmr etmədilər onlar məsx olub yayıldılar, bir dəstəsi
isə əmr olunmayıb və əmr etməyənlər həlak oldular ), bizim hamımıza bu şəri vəzifəyə
dilimizdən öncə əməlimizlə əməl etmək lazımdır, bizə Allah təalaya əməlimizlə dəvət
etmək vacibdir, İmam Sadiq (ə.s )-dan nəql olunub: (Əmr be məruf və nəhy ən munkər
edən şəxslərdə gərək üç xüsusiyyət olsun: Əmr etdiyi işə əməl (alim ) etsin, nəhy
etdiyi işdən isə çəkinsin, əmr etdiyi işdə ədalətli və nəhy etdiyi işdə ədalətli,
və çəkindirdiyi işlə yoldaş olsun ). İmamdan (ə.s ) soruşuldu, Nicat tapan insan nə ilə
tanınır, Buyurdu: (Əməli dediyi ilə uyğun olan şəxs nicat tapar, əməli sözü ilə
uyğun olmayan şəxs yalnız əmanətxanadır ). Ey hörmətli qardaşlar mübarək Ramazan ayında qarşımızda bir neçə vəzifə
durur, Onlar xülasə olaraq aşağıdakılardan ibarətdir:1 ) İmam Hüseyn (ə.s )
məclislərinə ehtimam göstərmək, insanlar sizin şərafətli moziələrinizdən
istifadə etmək üçün onları İmam Hüseyn (ə.s ) məclislərinə dəvət edin, Əhli-Beyt (ə.s )
məclisləri ilə əzəmətli feyzə hüququnuz çatır və Muhəmməd və Ali Muhəmmədin (s.ə.v.s )
fəzilətini öyrənərək və Onların müsibət və çətinliklərə dözməsinə kədərlənməklə
Allah təalaya yaxınlaşırsız. 2 ) İctimai məclisləri
yoxlamaq, məqsədim şeyxlərin məclislərini və onların məhəbbət və əlaqələrinin
yaratmaq üçün qonaqlığlar təşkil etmək və ictimai şəxsiyyətlər və əşirə böyüklərin
elmi mərkəzlə əlaqələrini yaratmaq lazımdır və onlarla və bir-biri ilə çiyin-çiyinə olmalarını rəğbətləndirmək lazımdır çünki onlar elmi mərkəzin ənsar və köməkçiləri
və cəmiyyətin söykənəcək yeri və nəsillər boyu ümmətin güc mənbəyidir. 3 ) Ay qurtarana qədər
şərafətli ayın hörmətinə görə iftarı bildirməməsi üçün ümumi insanların halını
yoxlamaq lazımdır, hər hansı bir şəxsin üzrü olsa ona iftar etmək icazəlidir,
ona iftar etməsini izhar etməmək vacibdir çünki o islam üçün ihanət sayılır. 4 ) Cavanları məclislərə dəvət
etməklə və məclislərdə varlıqlarından istifadə edərək məsləhət verib məhəbbətlə
diqqət göstərmək lazımdır onların ürəklərini iman, dəyərlər və haqq prinsiplərlə
sabitləşdirilməlidir, sizin böyüklüyünüzü və diqqətinizi hiss etməlidir bunun
vasitəsi ilədə dinin atalğını hiss edəcəklər onları dinin düşmənlərin düşüncə və
səqafə hücumlarından himayə və qorumaq lazımdır. 5 ) Ey dinə dəvət
etmə meydanın böyükləri, maddi və mənəvi olaraq şəhid ailələrini yoxlamaq və
insanları bu vətəndaşlıq, əxlaqi, ictimai və dini vacib əmələ şövq etdirmək və
necəki şəhidlərin yetimlərinə ihitimam göstərmək və məqamlarını böyük tutmaq və
mükafatlandırmaq tələb olunub, onlara islamın gülləri, meyvələri, pak mücahid xəttinin
davamçıları və gələcəkdə izzətli İraq islam vətənin bayrağını daşıyıcı
olduğlarını hiss etdirmək lazımdır, Bizə, insanlara çatdırmaq lazımdırki, Əgər
bizlərdən biri hər hansı bir Şəhidin ailəsinə və ya övladına müvəffəq olub xidmət
etsək təsəvvür etməsinki onun üzərində haqqı var çünki haqq və fəzilət atası
müvəffəq olaraq dinə və vətənə xidmət edən həmən ailə və övladındır və bizdə
onlara xidmət etməyə müvəffəq olduq və həmən ailə bizdən bu xidməti qəbul etməklə
bizə haqq qoydu. Bilin ey qardaşlar, həqiqətən hər il Ramazan ayını Allah təala bəndəndələri
üçün bəxşiş olaraq seçib, bizlərində bu ilahi rəhmətə şamil olmağımız üçün bu
aydan istifadə etməyimiz lazımdır və Allah Təaladan Peyğəmbər Əzəmə və Əhli-Beytinə
(ə.s ) tabe olaraq oruc tutub ibadət etmək üçün müvəffəq olmağımızı diləyək.
|