Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi Peyğəmbərin məbəs konfransında iştirak etdi. 2/3/2022 |
Hörmətli
Şeyx Əli Nəcəfi: Ərəblər məbəsdən öncə özləri-özləri ilə müharibə edən ümmət
idi, və özləri-özlərini öldürürdülər, və zülmət və cəhalət dənizində batırdılar.
Şeyx
Nəcəfi: Peyğəmbər (s.ə.v.s ) yalnız 23 il ərzində bu ümməti bir haldan başqa hala dəyişdi
Çünki Peyğəmbər (s.ə.v.s )-in əməli sözü ilə təqdim etdi.
Şeyx
Nəcəfi: Həqiqətən insaniyyətin bu gün qarşılaşdığı bütün döyüşlər, müşküllər və
çətinliklər Allahu Təaladan uzaqlaşdıqlarına görədir.
Hörmətli
Ayətullah əl-üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi
və mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi, Nəcəf əşrəfdə təşkil olunmuş Peyğəmbərin
şərafətli məbəs konfransına qatıldı, Hörmətli Şeyx öz çıxışını hörmətli Mərcəi
təqlidin (kölgəsi davamlı olsun ) bu ətirli il dönümü münasibətilə möminlərə
salam və duaları ilə başladı.
Hörmətli
Şeyx bəyan etdiki həqiqətən Mərcəi təqlid (kölgəsi davamlı olsun ) qeyd edir: Mən
möminlər üçün olan İlahi əmrləri (göstərişləri ) zəkat, namaz, oruc və əmr be məruf
və nəhy ən munkər kimi və başqalarını araşdırdım onların içində yalnız Muhəmməd
və Ali Muhəmmədə salavat göndərməkdən başqa bir iş tapa bilmədim ki, Allahu Təala
bizimlə o işdə bölüşsün və ya yarışsın.
Şeyx
Nəcəfi öz çıxışında qeyd etdi ki, həqiqətən ərəblər islam dini gəlməmişdən öncə
zəlalət və zülmətdə olan bir ümmət idi və özləri-özləri ilə müharibə edirdilər
və bir-birlərini öldürürdülər, və cəhalət və zülmət dənizində batırdılar, hörmətli
Şeyx həqiqətən qadınların, uşaqların və ictimaiyyətdə kasıb və qul təbəqələrnin
çox zəif hələqədə olduqlarını bəyan etdi.
Hörmətli
Şeyx işarə edərək bildirdi ki, həqiqətən vəhy elm nuru və elmə, düşüncəyə, ibadətə
və gözəl sifətlərə və bəyənilmiş əxlaq vasitələri ilə təqvaya yüksəlməyə dəvət
etməklə başladı, nəfs və ictimaiyyətə olan bütün küfrün və şirkin məzhərini
xatırlatdı.
Hörmətli
Şeyx bəyan etdi ki, həqiqətən bu gün müxtəlif şəhərlərdə yaşayan insaniyyətin
üzləşdiyi bəlalar, müşküllər və döyüşlər Allah təaladan uzaq və Onun əmr və nəhyləri
ilə müxalifət etdikləri üçündür.
Hörmətli
Şeyx əlavə etdiki, həqiqətən din rəhmət, kəramət, təqva və gözəl əxlaqdan ibarətdir,
və işarə etdi ki həqiqətən biz rəhmət olunmuş ümmətik Çünki biz Peyğəmbər (s.ə.v.s )
tanıyan və Əhli-Beytindən (ə.s ) yapışırıq, bizə bu böyük nemətə görə Allahu təalaya
ibadət və əxlaqa mültəzim olmaqla şükür etmək vacibdir və ikincisi isə onu öz şəxsiyyət
və əxlaqımızda vücuda gətirərək özümüz və ictimaiyyətdə başqaları ilə əməl etməyimiz
lazımdır, təkidlə qeyd edərək bildirdi həqiqətən Nəcəf Əşrəf övladlarının üzərinə
çox böyük məsuliyyət düşür çünki bütün dünya sizlərə paytaxt gözü ilə baxır.
|