Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İraqdakı Pakistan səfirinin müavini qəbul etdi.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İraqdakı Pakistan səfirinin müavini qəbul etdi.

26/5/2022




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İraqdakı Pakistan səfirinin müavini Cənab Mehdi Əbbası və onunla gəlmiş nümayəndə heyətini qəbul etdi. Görüş zamanı İraq-Pakistan əlaqələrinin iki xalqın mənafeyi naminə bütün səviyyələrdə gücləndirilməsinin vacibliyi müzakirə edilib. Hörmətli Mərcəi təqlid İraqdakı Pakistan icmasına, xüsusən də dini elmlər tələbələrinə və müqəddəs ziyarətgahları ziyarət edənlərə şərait yaratmağa çağırıb. Nümayəndə heyəti görüşmək üçün vaxt ayırıb məsləhət və ata nəsihətinə görə Mərcəi təqlidə (kölgəsi davamlı olsun ) öz təşəkkürünü və minnətdarlığını bildirib, hamının xidmətində bütün istiqamətlərə əməl etməyə hazır olduqlarını vurğulayıb.