Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Dini Elmlər üzrə İmam Mehdi (ə.f ) Universitetinin tələbələrinə bir sıra tövsiyə və göstərişlər verib. 6/11/2022 |
Ayətullah
əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Dini Elmlər üzrə İmam
Məhdi (ə.f ) Universitetinin tələbələrindən ibarət nümayəndə heyəti ilə söhbətində
Peyğəmbərin (s.ə.v.s ) ailə məktəbinin prinsiplərinin və İslamın həqiqi təlimlərinin
yayılmasında din xadiminin rolunu vurğuladı.
Nəcəful-Əşrəfin
dini seminariyaların anası olduğunu bildirərək, dünyanın müxtəlif bölgələrində
İslam bayrağını ucaldan, Əhli-Beyt (ə.s ) metodologiyasını yayan alim və mütəfəkkirləri
təqdim edib və indi də edir.
Hörmətli
Mərcəi Təqlid (kölgəsi davamlı olsun ) qeyd etdi ki, hər bir əməl təqva ilə əlaqələndirilməlidir.
Çünki Allah, əməlləri təqvalılardan qəbul edir. Əməllərin qəbulu təqvaya yiyələnməkdən
asılıdır. Və bu da, hər bir fərdin gecə gündüz özünü hesaba çəkməsindən irəli gəlir.
Hörmətli
Mərcəi Təqlid (kölgəsi davamlı olsun ) hövzə təhsilində tələbələr üçün kurikulum
olsun deyə mühüm məqamlar və bir sıra atalıq və tərbiyəvi nəsihət və göstərişlər
verib, hamının müvəffəqiyyət və səadəti üçün dua etdi.
Nümayəndə
heyəti öz növbəsində Hörmətli Mərcəi Təqlidin (kölgəsi davamlı olsun ) verdiyi məsləhət
və göstərişlərə görə təşəkkürünü bildirib, onun sağlamlığı və rifahı üçün dua
ediblər.
|