Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Bağdaddakı Səqəleyn hövzəsinin tələbələrindən ibarət nümayəndə heyəti qarşısında çıxışında: 9/11/2022 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun ) paytaxt Bağdadda Əş-Şəb bölgəsində, Səqəleyn hövzəsinin tələbələrindən
ibarət nümayəndə heyəti ilə görüşündə izah etdi ki, elm tələb edənin əsaslarla
tanış olması və Hövzə tərəfindən təqdim olunan İslam elmlərini öyrənməsi
vacibdir. Əldə edilməsi vacib olan ən yüksək elmi imkan və dərəcələrdə
olmaq üçün, ağır şərtlərinə baxmayaraq, tədris üsulları dini elm tələbəsinin
xeyrinədir. Hörmətli Mərcəi Təqlid (kölgəsi davamlı olsun ) tələbənin
etdiyi hər bir əməlin Allahdan müvəffəqiyyət əldə etmək üçün Allaha yaxın
olmasına işarə edib, onların akademik səyahətlərində arzularına və müvəffəqiyyətə
nail olmaq üçün dua etdi. Nümayəndə heyəti həmin atalıq tövsiyələrini və dini göstərişləri
verməkdə səxavətli vaxtını ayırdığına görə Hörmətli Mərcəi Təqlidə (kölgəsi
davamlı olsun ) öz təşəkkürünü və minnətdarlığını bildirdi.
|