Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) Bağdaddakı ofisinin nümayəndə heyəti bir sıra qiraət və təcvid müəllimlərinin şərəfinə təşkil olunmuş Quran forumunda iştirak edib. 11/10/2022 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun ) ofisinin nümayəndə heyəti Həzrət Abbasın (ə.s ) müqəddəs hərəminə
tabe olan Qurani-Kərim İnstitutunun nəzarəti və dəstəyi ilə gələn bir sıra qiraət
və təcvid professorlarını mükafatlandırmaq üçün Bağdadda, Quran forumu
hüseyniyəsində iştirak edib.
Şeyx Kərim Saidi dedi ki: Bu iştirak və
mükafatlandırma, yay dövründə institutun dəstəyi ilə bir neçə kursun keçirilməsi
zamanı göstərilən səylərə görədir .
Təltif olunanların sayı Quran ixtisası üzrə 90 professora
çatıb.
O, çıxışı zamanı belə izah etdi ki: “Quran Forumu, yay
mövsümündə keçirilən mübarək Quran kurslarının yaradılmasında iştirak edən hörmətli
professorların zəhmətinin təqdirə layiq görülməsinin şahidi oldu. Bu, həzrət
Abbasın (ə.s ) müqəddəs hərəminə tabe olan institunun yorulmaz işinin bir hissəsidir.
Şeyx Kərim Saidi, bu Quran kurslarının əhəmiyyətini və
onların bilik anlayışlarının və mübarək İslam mədəniyyətinin qurulmasındakı
rolunu izah etdi.
|