Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi həzrət Əbulfəzl-Abbasın (ə.s ) müqəddəs hərəminin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. 17/11/2022 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun ) nümayəndəsi və mərkəzi ofisinin müdiri Şeyx Əli Nəcəfi həzrət
Abbasın (ə.s ) müqəddəs hərəminin üzvlərindən ibarət nümayəndə heyəti ilə söhbətində
islama qarşı edilən şiddətli hücumun böyüklüyünə və möminin üzünü azğın sifətə
çevirmək cəhdinə, islami dəyərlərin və təlimlərin dinə bağlı cəmiyyətin bədənini
yeyən intellektual və mədəni istila yolu ilə məhv edilməsinə toxundu. Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirməyin, gənclərimizi
bu düşmən hücumuna qarşı aşılamaq, islami kimliyə bağlı qalmaq və Əhli-beytin (ə.s )
yolu ilə getməyin əhəmiyyətini vurğuladı. O, islami kimliyin qorunub saxlanmasının əhəmiyyətini
vurğulayaraq əlavə etdi ki, mömin fərdin cəmiyyətdə gördüyü hər bir iş Peyğəmbəri-əkrəmin
(s.ə.v.s ) və onun pak ailəsinin (ə.s ) bəxş etdiyi yaşam tərzi əsasında Allahın
rizası və sırf onun üçün olmalıdır. O, hüzurunda olanların qorunması, işlərinin müvəffəqiyyətlə
başa çatması, əməllərində və zəvvarların xidmətində səadətə çatmaları üçün
Allaha dua etdi.
|